• 26 May 2019

Şükr etmək.

 

      Shukr etmek
  Əziz müsəlmanlar! Uca Allah qullarına öz  nemətlərindən heçbir xəsislik etmədən bol vermişdir. Bununla yanaşı qullarını müsibətlərlə imtahan elədiyi kimi, nemətlərlə də imtahan edir. Uca Allah bir ayədə buyurur: “Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə, [sağlamlıq, var-dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq və ehtiyacla] sınağa    çəkərik. Və siz, [qiyamət günü əməllərinizin    əvəzini     almaq    üçün] ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!” (Əl Ənbiya 21/35) Allah bütün nemətləri heç kimə əsirgəmədən verəndir. Bolluğun fitnəsi darlığın fitnəsindən daha böyükdür. Bolluq fitnəsinə düçar olanların səbr və şükr etmələri şərtdir. Fəqirlik və zənginlik də imtahan növlərindəndir.

Uca Allah belə  buyurur: “Əgər siz şükr etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə lazımdır? Allah şükrə qiymət verən və hər şeyi biləndir!” (ən-Nisa 4/147)

Uca Allah, yaradılış qayəsinin şükr etmək olduğunu belə bildirir. “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz, [dərk etmədiyiniz] halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, [Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub,] bəlkə şükr edəsiniz.” (ən-Nəhl 16/78).

“Əgər [Allahın nemətlərinə] şükr etsəniz, sizin bu şükrünüz Ona xoş gələr.” (əz-Zümər 39/7) Allah gecəni və gündüzü düşünmə və şükr etmək üçün yaratmışdır.

Uca Allah, dostu İbrahimi (ə.s.) nemətlərinə şükr etməsi səbəbiylə övmüşdür. “Həqiqətən İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam [rəhbər] idi. O heç vaxt müşriklərdən olmamışdı. O Allahın nemətlərinə şükr edənlərdən idi.” (ən-Nəhl 16/120-121)

Süleyman əleyhissəlam da, sükr edən qullardan  olması üçün Rəbbinə dua etmişdir: “Ey Rəbbim, Mənə, mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham, [qüvvət] ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et!” (ən-Nəml 19) Uca Allah, Rəsulu Muhəmmədə (səs) şükr etməsini belə əmr edər: “Xeyr, yalnız Allaha ibadət et və [Onun nemətlərinə] şükr edənlərdən ol!” (əz-Zümər, 39/66) Loğmana  (a.s.) da şükr etməsini belə əmr edər: “Həqiqətən, Loğmana : “Allaha şükr et!”- deyə hikmət verdik.” (Loğman 31/12)

Rəbbimizin insana əmr etdiyi ilk nəsihət, Allaha şükr, ana-atasına təşəkkür etməsidir. “[Biz insana buyurduq]: “Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!” (Loğman 31/14)

Allah düşməni İblis; şükr etməyin  dəyərini və qiymətini bilincə  Uca Allaha xitabən belə dedi: “Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!” (əl-Ə’raf 7/17) Peyğəmbərimiz (s.ə.s) insanlar arasında Rəbbinə ən çox şükr edəndir. Doyunca yemək yeməmiş ac qaldıqda qarnına daş bağlamışdı. Keçmiş və gələcək günahları bağışlandığı halda ayaqları şişənə qədər gecə namazı qılar və belə buyurardı : “Şükr edən bir qul olmayımmı?”

Qulları arasında Allahın nemətlərinə şükr edənlər olduqca azdır. Allah Təala belə buyurur: “Bəndələrimdən [nemətlərimə] şükr edəni azdır!” (əs-Səbə 34/13)

“Həsən (r.a) belə deyir : “Allah dilədiyinə nemət verir. Əgər o nemət səbəbiylə şükr etməzsə onu əzaba çevirir.”

Əbu Kulabə (r.a) belə deyir : “Şükr etsəniz heç bir dünyalıq sizə zərər verməz.” Uca Allah nemətlərinə qarşı şükr etməyən qullarını pisləmişdir. Ayədə buyurulur: “İnsan öz Rəbbinə qarşı çox nankordur.” (əl-Adiyat, 100/6)

Möhtərəm müsəlmanlar, Allaha şükr etməyin bir neçə növü vardır.  Məsələn dil ilə şükr, ğöz ilə şükr qulaq ilə şükr etmək kimi. Bu səbəblə gözün şükrü, ğözlə Allahın haram etdiyinə baxmamaqdır. Dilin şükrü, dillə haqqı və doğrunu danışmaq va bundan başqasını danışmamaqdır. Qulaqların şükrü onunla qeybət, iftira və haram olan şeyləri dinləməməkdir.

Xütbəmə bir ayə ilə son verirəm:

“Əgər (Mənə) şükr etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz, unutmayın ki, Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim 14/7)

27 May 2011 / 24 C. Axir 1432

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 222 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Əsl müsəlman kimdir?

Read Next

Şeytanın hiylələri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir