• 25 İyun 2019

Tərkibində spirt olan ətirlərdən istifadə etməyin hökmü nədir?

etirlerSual: Parfümeriya mağazalarından aldığımız, tərkibində spirt olan ətirlərdən istifadə etməyin hökmü nədir? Bu cür ətirlərin dəydiyi paltarlarla qılınan namaz səhihdirmi?

Cavab: İslam dini istər maye, istər qatı olsun sərxoşedici maddələrin, sərxoş olmaq məqsədilə istifadə olunmasını qətiyyətlə qadağan etmişdir. Lakin tərkibində spirt olan ətirlərdən təmizlik və ətir məqsədilə istifadə olunması mövzusunda müxtəlif fikirlər irəli sürülmüşdür. Belə ki, İslam alimlərinin əksəriyyətinə görə, şərab nəcisdir (bax. Maidə, 5/90). Paltara, bədənə və ya namaz qılınan yerə ovuc içi qədər bulaşsa, namaza əngəldir. Şərabdan başqa və içilən zaman azı və ya çoxu sərxoşluq verən içkilərin nəcis olduğuna dair isə hər hansı dəlil yoxdur. Məhz bu səbəbdən bunlar nəcis deyil, sərxoşedicilik xüsusiyyəti səbəbilə içilməsi haram, ancaq bədən, paltar və ya namaz qılınan yerə tökülməsi namazın səhih (etibarlı) olmasına hər hansı əngəl təşkil etməz. Tibbi spirtdən istifadə etmək də buna daxildir.

Mənbə:irfandergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 249 dəfə.

calal calalov

Read Previous

Lotereya oyunları qumardırmı?

Read Next

Hər kəs Allahın nəzarətindədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.