• 22 Aprel 2019

Təvəkkül nədir???

tevekkulTəvəkkül, işləməyi tərk edib bir küncə çəkilmək demək deyil, əvvəlcədən tədbir almaqdır. Bu qəlbə edilən təvəkkülə heç bir maneə deyildir.
Cüneydi Bağdadi (ks) buyurur:
– Təvəkkül, nə qazanmaqdır, nə də işləməyi tərk edib boş oturmaqdır. Təvəkkül: Haqq Təalanın vədinə həqiqi inanan qəlbin, ruzi narahatlığından uzaq olmasıdır. İbn Abbas (ra)-dan, belə rəvayət edilmişdir:
Yemenliler “Biz Allaha təvəkkül edən adamlarıq” deyərək, heç bir yol hazırlığı etmədən yola çıxarlarmış. Yolda ondan-bundan kömək istəyər hətta dilənərlərmiş. Bunun üzərinə Allah təala və bu ayəti endirdi:
“(Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!” (Surə-i Bəqərə, 197)

Dolanışığını təmin etmək üçün işləyən insan Allah yolundadır.
Bir gün səhərin erkən vaxtında gücü qüvvəti yerində olan bir gənc, bir qisim işlərini görmək üçün yola çıxmışdı. Onu görən, səhabələr “Kaş ki, bu cavan gəncliyini Allah yolunda sərf etsəydi” dedilər. Bunlara qarşı Rəsuli Əkrəm sallallahu əleyhi və səlləm:
– Elə deməyin. Əgər o dilənçilikdən xilas olmaq üçün çıxmış isə Allah yolundadır. Qoca ana və atasının dolanışığını təmin etmək və ya kiçik balalarını qidalandırmaq üçün çıxmış isə yenə Allah yolundadır. Ancaq boy göstərmək (öyünmək) və özünü nümayiş etdirmək üçün çalışırsa o zaman şeytan yolundadır. (Əhyai ulumiddin, 2; 163)
Demək ki, fərz namazını qılan və Cənabi-Haqqın digər əmrlərini yerinə yetirən kimsənin ruzi yolunda atdığı hər addım ibadət sayılır. Təbii ki hədis-i şərifdə bildirildiyi kimi, bu ürəyin daşıdığı niyyətlə əlaqəlidir.
Bizlərə əlinin əməyi ilə dolanmaq barəsində ən gözəl nümunələrdən birini verən Həzrəti Davud əleyhissalam, eyni zamanda hökmdar idi.
Müsəlmanın mənəvi yolda irəliləmək üçün dünyadan əl çəkməsinə ehtiyac yoxdur. O bir tərəfdən Allaha qarşı qulluq vəzifəsini yerinə yetirərkən, digər tərəfdən də dünyaya aid işlərində də əməl dəftərinə savab yazdırmağı bacarmalıdır.
Peyğəmbər əfəndimiz sallallahu əleyhi və səlləm, bir çay kənarına çəkilib ibadət etməyi arzu edən bir kimsəyə bu cavabı vermişdr:
– Elə etmə, çünki sizdən birinizin Allah yolunda çalışması yetmiş il (nafilə) namaz qılmaqdan daha fəzilətlidir. (Müsnəd, 2, 524)
Işi tərk edib bir küncə çəkilmək, insanı başqasına möhtac hala gətirər. Müsəlmanlıq isə, müsəlmanın izzətini təhqir edəcək belə bir vəziyyətə əsla icazə etməz. Kasıb olsun, dilənçilik etsin, yüz suyu töksün istəməz. Müsəlmana uca şəxsiyyət qazandıran dinimiz əlbəttə ki buna fürsət verməz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur:
– Sizdən birinin belində ilə odun daşıması, Allahın zənginlik verdiyi bir kimsəyə gələrək dilənməsindən daha xeyirlidir.
Bu məsələyə aid əshabi-kiramın həyatlarında nə gözəl nümunələr vardır. Rəsuli-Əkrəm sallallahu əleyhi və səlləm, Sad bin Rəbi ilə Abdurrahman bin Avf həzrətlərini mənəvi qardaş etmişdilər. Sad bin Rəbi, Abdurrahman bin Avf həzrətlərinə belə bir təklif etdi:
– Qardaşım, mənim bir çox sərvətim var, əmlakımın yarısı sənin olsun!
Bu təklifdən çox məmnun olan Əbdürrəhman ibn Əvf həzrətləri belə cavab verdi:
– Qardaşım ailən, malın sənə mübarək olsun, mənə alış-veriş edilən bazarın yolunu göstərə bilərsənmi?
Belə cavab verməklə Rebinin malına dua etmiş, fürsət bilib də malın yarısına sahib olmaq istəməmişdi. İslam əxlaqı üzərinə bazara gedərək, alnının təri ilə qazancını təmin etməyi seçmişdir.
Təvəkkül hər işdə Allahu Təalaya tam inanmaq və güvənməkdir. Təvəkkülün yeri qəlbdir. Yəni təvəkkül bir qəlb işidir. Tədbir almaq, qəlbin təvəkkülünə mane deyil. Təqdir Allahu Tealadandır. Bir iş çətinləşirsə yenə onun təqdiri ilədir. Bütün qullara lazım olan, ancaq Allahı Rəbb olaraq tanımaqdır. Ona tam mənasıyla iman və etimad etməkdir.
Mənbə:

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 70 dəfə.

calal calalov

Read Previous

Necə dua etməliyik

Read Next

Millətimizə atılan güllələrin ilk hədəfləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir