• 17 Sentyabr 2019

Tağut Nə Deməkdir?

Allaha həmd olsun. Səlat və salam Onun rəsulu Muhammədə, ailəsinə, əshabına və yolunu izləyənlərə olsun.
Tağut Qurani Kərimdə keçən bir məfhum olub Allahdan başqa ibadət edilən bütün şeyləri ehtiva etməkdədir. Bu bir büt, ilahlıq nisbət edilmiş bir varlıq olduğu kimi eyni zamanda öz əmrlərinin Allahın əmrlərindən üstün olmasını iddia edən və buna tabe olmaq üçün insanlara zülm edənlərdir. Eyni zamanda Tağut Allahla qul arasına girən, Qulun öz rəbbinin əmrlərini tam yerinə yetirməsinə mane olan hər cür şəxs, qrup, dünya görüşü, fikir, ideologiya və ya sistemdir. Bu baxımdan Qurani-Kərim Allaha iman etməyi Tağutu inkar etmək olaraq vəsf etmişdir. “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən)  yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” (Bəqərə 256)
Beləliklə tağut həm də Tövhidin ziddi olaraq şirkin müəyyən bir şəkildə sistem halına gəlmiş formasıdır. Tağut sözünün mənası da bir çox üləmanın rəyinə görə “təğa” – tüğyan etmək sözündəndir ki, bu da şirk, zülm və sapıqlığın hər yönü ilə yayılaraq hər şeyi çulğalamasıdır. İslamı cəmiyyətin bütün həyat sahələrindən uzaqlaşdırmaq, onu müxtəlif yollarla insanların həyatından çıxarmaq, dinsiz bir cəmiyyət inşa etmək Tağuti bir anlayışdır.  İslamı geridə qalmışlıq olaraq görüb bir çox sosial problemlərinin həllini başqa sistemlərdə axtaranlar əslində Tağutun yolunu gedənlərdir. Quranda buyurulur: “Kitabdan bir pay (az bir şey) verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta  inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, – deyirlər. (Nisa 51)
Qurtubi bu ayədə Cibtin şeytan, Tağutun isə kahin olduğunu Qatadədən rəvayətə edir. (Cəamiul-Əkamil-Quran, 5 –cild). Bildiyiniz kimi kahinlər Allahdan başqa digərlərinə ibadəti əmr edən şirk dinlərindəki din adamlarıdırlar ki, o dinin ideoloqluğunu edərlər.
Beləliklə İslam hər növ Tağuta itaəti inkar etməkdədir. Bu inkar İslamın mayasındadır desək yanılmarıq: “Ləə iləhə illəllah” – Allahdan başqa (boyun əyməyə layiq) heç bir ilah yoxdur.
Əlbəttə bir sual-cavab miqyasında Tağutun nə demək olduğunu bütünlükdə, tam mənası ilə izah etmək çətindir. Tağut sözü Quranda 8 yerdə keçməkdədir. Tağutun mahiyyətini tam anlamaq üçün bütövlükdə Qurana vaqif olmaq lazımdır. Quranın bizə bildirdiyi hər hansı bir məfhumu onun digər bütün ayələrinin işığında (yəni Quranın özünün özünü təfsir etməsi) ələ almaq gərəkdir. Buna görə hər bir müsəlman əvvəla Quranı yaxşıca öyrənməlidir. Bununla bərabər Quranın həyata ən canlı tətbiqatı olan Rəsulullahın sünnəsini də bilmək lazımdır.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1. 135 dəfə.

Müşfiq Xəlilov

Read Previous

SOYQIRIM

Read Next

Münafiqliyin Əlamətləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.