• 23 Sentyabr 2019

Türkiyədə ilk nüvə zavodu tikiləcək

Türkiyədə ilk nüvə zavodu tikiləcək

 

Taner Yıldız Yaponiya ilə ediləcək əməkdaşlıq çərçivəsində nüvə zavodu tikiləcəyini açıqlayıb.

Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız Yaponiya ilə ediləcək əməkdaşlıq çərçivəsində nüvə zavodu tikiləcəyini açıqlayıb. Lakin nazir bunu da qeyd edib ki, stansiyada nüvə yanacağı istehsal edilməycək, – CHA.

Nazir Taner Yıldız Yaponiya baş nazirinin səfəri və imzalanacaq sazişin məzmununa dair ona verilən sualı belə cavablandırıb: “Yaponiya baş naziri ilə hörmətli baş nazirimizin birgə imzalayacağı bəyannamə hazırda işlənir. Bəlkə də imzalanmadan qabaq açıqlayacaqları bir mövzu olacaq. Ona görə bunun dəqiq imzalanacaq deyə bir şey söyləməyim doğru deyil”.

Nazir Yıldız nüvə stansiyalarında yalnız elektrik enerjisi istehsalı deyil, eyni zamanda nüvə sənayesinin meydana gəlməsiylə əlaqəli bir qurum qurulacağını qeyd edərək deyib: “Mən yalnız bir nazir olaraq deyil, həm də mühəndis olaraq da Türkiyənin mütləq enerji infrastrukturu bir liqa yüksələcək. Bunu qarşıdakı 10 il ərzində hamımız birlikdə görəcəyik. Mühüm bir bazar yaradılır, bu bazar yerli sənayemizi mütləq təhrik edərək hərəkətə gətirəcək”.

Mənbə: xezerxeber.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 56 dəfə.

dbabayev

Read Previous

Zorlanaraq diri-diri basdırılan 13 yaşlı qız qəbirdə dirildi

Read Next

Şərab zavodunu yenidən məscidə çevirirlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.