• 28 Mart 2024

Uşaq tərbiyəsində 3 qızıl qayda

usaq terbiyesiHəmişə kiminsə uşağının eqoistlik, ərköyünlük etdiyini görərkən öz-özümüzə “mənim uşağım olsa, mən belə etməzdim”, “uşağı belə tərbiyə eləməzlər!” kimi düşünürük. Bəs yaxşı, uşağa necə tərbiyə verməli? Sərgilədiyi davranışları necə korreksiya etməliyik?

Uşaq tərbiyəsində 3 qızıl qayda:

1. Nümunə olmayan davranışlar uşaqların yanında sərgilənməməlidir!

Biz nəzər salsaq, görərik ki, 1 yaşlı uşağa öyrədilmədiyi halda ona verilən sadə tapşırıqları (gözünü qırp, ananı öp, sağollaş, salam ver) yerinə yetirir, onlar ətrafında cərəyan edən hər şeyin fərqindədir. Uşaq hər şeyi müşahidə edir və onları yamsılamağa başlayır. Bəzən valideynlər mübahisələrini və ya düzgün olmayan davranışlarını uşağın səlis danışmadığına görə anlamazlar deyə düşünərək sanki bir müqəvva kimi yanlarında sərgiləyirlər.

2. Baş vermiş hər hansı bir hadisəni uşaqlara şərt kəsilərək həll edilməməlidir!

Ana uşaqla mağazaya evə çörək almağa girir. Uşaq isə rəfdə gördüyü şokoladın yanına yaxınlaşıb onu istəyir, ana isə uşağın inadkarlığını qıra bilmir. Uşaq ağlayır, qışqırır və hətta anasını yumruqlamaya başlayır. Əksər belə situasiyalarda analar ətrafı neqativ formada narahat etməsin deyə ya uşağın istədiyini edir, ya da “evə gedək, sənə kompüterdə oynamağa icazə verəcəyəm”, “özünü yaxşı aparsan, ana sənə evdə hədiyyə verəcək” və s. buna bənzər şərtlər kəsir. Bu zaman uşaq anasının zəif nöqtəsini tutaraq kiçik manipulyator kimi ona təsir etməyə çalışır və zaman keçdikcə valideynlərinə qarşı özü şərt kəsir. “Yemək yeyirəm, ancaq axşam gəzməyə gedəcəyik”, “dərsimi oxuyacam, ancaq mənə maşın alacaqsan!”

3. Uşaqlar başqalarının yanında tənqid olunmamalıdır!

Valideynlər bəzən uşaqları utandıraraq, bu yolla onları tərbiyə etdiklərini düşünürlər və zaman keçdikcə əksinə, uşaqlar utanaraq, xoş olmayan davranışları azaltmaq əvəzinə, uğursuz olduqlarını düşünərək, daha da uyğun olmayan davranışlar sərgiləyirlər. Əgər sizə qonaq gəlibsə, onun necə səliqəsiz olduğundan, oyuncaqları ilə oynadıqdan sonra yığışdırmadığından, televizora çox baxdığından şikayət etmək doğru deyil. Uşaqlar hansı otaqda olmasından, etdiklərindən asılı olmayaraq, valideynlərinin danışdıqlarını, xüsusən, onlar barəsində danışdıqlarını dinləyirlər.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, uşağı necə tərbiyə edəcəyinizi təyin etdikdən sonra övlad sahibi olmağa qərar verin. Uşaq dünyaya gələrkən onun valideyn üçün hüquqi, maddi hazırlığı olmaqla bərabər mənəvi hazırlığı da önəmlidir!

Mənbə:milli.az

Read Previous

Əsl müəllim necə olmalıdır?

Read Next

Əsl şükür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.