• 20 Mart 2019

Uşaq tərbiyəsində ata-anaya düşən vəzifələr

ushaqterbiyesiUşaqlar, Cənnətə layiq bir təmizliklə doğularlar. Lakin ana-atalar uşaqlarının mənəvi tərbiyələrinə laqeyd qalsalar, o Cənnət quşlarını -Allah qorusun səhv bir yerə uçurarlar.

Ana-atanın ən mühüm vəzifəsi, özlərinə İslam fitrəti üzrə təslim edilən balanı xeyirli bir övlad olaraq yetişdirməkdir. Xeyirli övlada sahib olmaq, həm dünyada, həm də axirətdə əmin-amanlıq və səadət vəsiləsidir. Bu təlim və tərbiyənin verilə biləcəyi ən xeyirli iqlim də ailə mühitidir.

Ailədə ən mühüm vəzifə isə anaya aiddir. Bir ana ürəyi və qucağı, uşaq tərbiyəsinin verildiyi möhtəşəm bir məktəbdir. Çünki kiçik yaşdakı uşağa deyilən hər söz, onun şəxsiyyətini inşa edən bir kərpic yerindədir. Şəfqətin mənbəyi olan analardan gözəl bir tərbiyə alan balalar, həyatları boyunca daha az səhv edərlər. Müvəffəqiyyətsizlik və fəlakətlərə baxmayaraq, həyata qarşı etimatlarını sonuna qədər mühafizə edə bilənlər, daha çox salehə bir ana tərəfindən yetişdirilən kəslərdir.

Bu səbəblə ağıllı və salehə analar var olduqca, dünya daha dinc və daha məsud hala gəlir. Digər bir ifadəylə uşaq, haqqa və xeyrə yönəlmənin zərurətlərini ilk olaraq ailə müəssisəsində öyrənir.  Sonra buna cəmiyyətdəki digər təsirlər əlavə olunur. Lakin ailədən aldığı təsir təməldir. Buna görə ana-atanın övladını gözəl bir şəkildə yetişdirməsi, yəni xeyir hasənat ilə donatması, özləri üçün bir axirət məsuliyətidir. Bu, eyni zamanda evladın ana-atası üzərindəki ən mühüm haqqıdır.

cocukyetistir

Bu baxımdan valideynlərin, uşaqlarının tərbiyəsində böyük bir titizlik, etina və həssaslıq göstərmələri lazımdır. Uşaq yetişdirmə mövzusunda ana və atanın xüsusilə diqqət etməsi lazım olan başlıca xüsuslar bunlardır:

a. Uşağa ruhaniyyət təlqin edəcək gözəl bir ad qoyulmalıdır.

b. Feyzli bir mühitdə inkişaf etmələri üçün, yedirilən loğmaların halallığına diqqət edilməlidir.

c. Uşaqlarda təqlid meyli hakim olduğu üçün onlara nümunə olacaq bir davranış gözəlliyi sərgilənməlidir. Çünki nümunə olmaq qədər təsir edici bir şey yoxdur. Bu səbəblə edilən yaxşılıq və pisliklərin hər biri bənzərlərini meydana gətirər. Məsələn ana-atalarının davamlı münaqişə və mübahisə etdiyi ailələrdə böyüyən uşaqların əxlaq və davranış problemləri olur

d. Uşaqların davranışlarına daim nəzarət olunmalı, cəmiyyət içərisində edə bilmədikləri davranışları gizli və tənha yerlərdə etmələrinə göz yumulmamalıdır. Çünki bu vəziyyətdə xarakterləri zəifləyər və onların şəxsiyyətlərində problemlər meydana gələr. Bu halın ilk təzahürləri də yalan ve göstərişdir.

Cənabi-Haqq, Quran-ı Kərimdə belə buyurmaqdadır:

“(O zaman ki, Mən anana buyurmuşdum: ) “(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün”. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Firon özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi).” (Taha, 39)

Ayədən aydın olduğu üzrə yavrularımızı məhəbbət və mərhəmətlə tərbiyə edərək maddi və mənəvi təhlükələrdən mühafizə etmək lazımdır. Bunu edərkən də təzyiq və basqı ilə deyil, sevgi və şəfqətlə etmək onlar üçün bir sevgi mühiti meydana gətirəcəkdir. Bu səbəbdən övladlarımıza qarşı heç bir zaman laqeyd olmamalı, onları daim, nəzarətimiz altında yetişdirməli, gözümüzü üzərlərindən ayırmamalıyıq.

e. Uşaqların gözəl işləri təqdir edilməli, mükâfatlandırılmalı,, səhvləri var isə görməməzlikdən gəlinməməlidir. Çünki müsbət davranışlar mükafat ilə sevdirilərək uşağın şəxsiyyətində qalıcı bir yer əldə edər. Buna qarşılıq olaraq, vaxtında xəbərdarlıq edilməyən qüsurlar da təkrarlana-təkrarlana şəxsiyyətin bir parçası halına gələr. Buna görə xüsusilə qız uşaqlarının kiçik yaşlardakı geyim səhvləri göz ardı edilməməlidir. Çünki insanın vərdiş halına gətirdiyi davranışlar, zaman keçdikcə geri dönüşü olmayan alışqanlıqlar halına gələ bilər.

f. Tez-tez cəza verərək uşaq arsız hala gətirilməməlidir.

g. Əmr, qadağan və qaydalar təlqin edilərkən onların qavraya biləcəyi bir şəkildə səbəbləri də izah edilərək başa salınmalıdır.

h. Ədəbi və əxlaq qaydaları öyrədilməli, xüsusilə varlı ailələr, uşaqlarının, həmyaşıdlarına qarşı kobud və qürurlu davranmalarına mane olmalıdırlar. Çünki bunlar zaman keçdikcə xasiyyət halına gəlir. Onlara, təvazö təlqin edilməli, anlayacaqları bir dil ilə Q asas surəsindəki “Qarun” hekayəsi, Kəhf surəsində “iki bağçası olan kimsə” nin hekayəsi və s. izah edilməlidir.

ı. Uşaqların qanuni sərhədlər daxilində uşaqlıqlarını yaşamalarına imkan verilməlidir. Lakin nə çox sərbəst buraxılmalı, nə də həddindən çox təzyiq göstərilməlidir. Çünki çox rahatlıq, nəfsi  azdırar, tənbəlliyə səbəb olar. Çox təzyiq da uşağın əzik və düşük bir xarakter sahibi olmasına səbəb olar. Buna görə ölçülü bir üslub ilə uşaqlar, vaxtlarını fəzilətli bir insan olmalarına vəsilə olacaq davranışlarla doldurmağa cəhd edilməlidirlər.

i. Onlara Cənabi-Haqqın nemətləri xatırladılmalı, həmd və şükr öyrədilməlidir. Peyğəmbər Əfəndimizin həyatından misallar verilərək, daxili aləmlərinin ruhaniyyət iqlimində yoğrulmasına səy göstərilməlidir.

j. Daha kiçik yaşlarında ikən ibadət və xidmətə alıştırılmalı, ibadət məsuliyyəti və xidmətin əhəmiyyəti təlqin edilməlidir.

Faydalı bir nəsil yetişdirmək, insanlığın baş tacı olan müqəddəs bir duyğudur. Övladların yetişdirilməsi barəsində çəkilən məşəqqətlər, günahların bağışlanmasına vəsilə olur. Uşaqların yaxşı tərbiyə edilməsi barəsində Allah Rəsulu -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

“Heç bir ata uşağına gözəl əxlaqdan daha xeyirli bir miras buraxmamışdır.” (Tirmizi, Bin-, 33/1952)

Bu baxımdan uşaqlarımızı bir ibadət sevgisi ilə yetişdirməliyik. Onlara tərbiyə barəsində heç bir köməyi əsirgəməməliyik.

mənbə:

islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 269 dəfə.

calal calalov

Read Previous

İsrail əsgərlərindən məscidi əqsaya çirkin basqın

Read Next

Yenə məscid təhqir edildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir