• 15 Dekabr 2019

Uşaqlarımıza ən çox qoyulan adlar

1191196_67173144[1]Bu ilin 4 ayı ərzində Azərbaycanda yeni doğulmuş körpələrə ən çox verilən adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyinin məlumata görə, ilin əvvəlindən Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Belə ki, 836 oğlana Yusif adı verilib.

Sonrakı yerlərdə Əli (573), Hüseyn (528), Ömər (443), Məhəmməd (403), Murad (372) və digər adlar gəlir.

Bu ilin dörd ayı ərzində doğulan qız uşaqlarına isə ən çox Zəhra adı verilib. Belə ki, yeni doğulmuş 776 qız uşağına Zəhra adı qoyulub.

Sonrakı yerləri Nuray (670), Fatimə (596), Ayan (462), Aylin (417), Zeynəb (368), Xədicə (335) və digər adlar tutur.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 530 dəfə.

Müşfiq Xəlilov

Read Previous

İngiltərə müsəlman ölkəsi olacaq

Read Next

Amerikalılar islamın nə üçün sürətlə yayılmağının səbəblərini araşdırıblar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.