• 23 Aprel 2019

Xanımını döyənin aqibəti.

aileƏnəs bin Malik radıyallahu ənhdən rəvayət ilə bildirilən hədisi şərifdə: “Xanımını haqsız olaraq döyən, mən ki Məhəmmədəm (sav), qiyamətdə rəqibi mən olaram.” “Xanımını döymə: Xanımını döyən, Allahu Təalaya və Rəsuluna üsyankar olar” buyurulmuşdur.
Bir nəfər möminlərin əmiri Hz. Ömər (radıyallahu anh)-ın yanına gedib, xanımından şikayət edəcəkdi. Qapıya gəlincə içəridən Həzrəti Ömərin xanımının, Ömər (radıyallahu anh)-a qışqırdığını, danladığını eşitdi. Bu sözləri eşidincə, öz xanımından razı olub, geri döndü. O sırada Həzrəti-i Ömər evdən çıxıb, getməkdə olan adamı gördü və səsləndi.
O kimsə xəlifənin hüzuruna gəldi. Ömər radiyallahu anh halını, nə üçün gəldiyini və nə üçün uğramadan geri döndüyünü soruşdu. O da izah etdi. Ömər radiyallahu anh buyurdu ki: Biz xanımlarımızın hər sözlərinə cavab vermərik. Onların bizim üzərimizdə haqqları vardır.
Birincisi, onların səbəbi ilə Cəhənnəmdən xilas olarıq. Necə ki Rəsulullah sallallahu əleyhi və səlləm: “Evlənmək istəyənin dininin yarısı, əmniyyət qalasının içinə alınır” buyurdu.
İkincisi, onlar, yəni qadınlar, bizim malımızı gözətçiləridir.
Üçüncüsü, onlar bizim paltarlarımızı yuyurlar.
Dördüncüsü, bizim yeməklərimizi bişirirlər.
Beşincisi, uşaqlarımızın baxıcısıdırlar. Bunun üçün onlara qarşı səbirli olmalıyıq.
Urvə bin Məsud radıyallahu anh Rasulullah (səv)-in belə buyurduğunu rəvayət edir: “Salehə bir xanım min saleh kişidən yaxşıdır.” Bunun açıqlaması belə olur: Bir qadın salehə olunca, min kişi onun fitnəsindən əmin olar. O qadın salah üzrə yaşamazsa, min adamın, onun üzündən günaha düşməsi mümkündür.
Sonra buyurdu: “Ərinə yeddi gün xidmət edən qadına, Allahu Təala cəhənnəmin yeddi qapısını bağlar və cənnətin səkkiz qapısını ona açar. Dilədiyi qapıdan cənnətə girər. “

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 84 dəfə.

calal calalov

Read Previous

Sən üstünə düşəni elə, gerisini Allaha həvalə et!

Read Next

“İnflayasiya durumlarında və ya devalyasiyaya məruz qalmış borc necə qaytarılmalıdır?”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir