• 26 Noyabr 2020

Xoşbəxt ailə

Günümüzün ən vacib problemlərindən olan ailədaxili münaqişələrdir və bu münaqişələrin sonu ailələrin fərdləri arasında kinin,nifrətin  yaranmasından başlayaraq həmin ailənin dağılmasına qədər irəliləyə bilir.

İlk olaraq bu cür problemlərin ortaya çıxma səbəblərinə baxdığımızda, fərdlər arasında “tanımama” yəni ailə qurduğu şəxsin xarakterlərini bilinməməsi kimi böyük problemin olduğunu görmüş olarıq ki bununda ən başlıca səbəbi fərdin birinin digərinə özü haqda yetərincə məlumat verməməsidir.Qarşısındakı insanın nələrdən xoşlanıb, nələri xoşlamaması olduqca vacib faktordur. Ailənin təməli olan sevgi  burada özünü göstərir. Sevdiyi şəxsin xoşladığını etmək ona olan sevginin ifadə edilmə qaydasıdır.

Son zamanlar geniş miqyas almış boşanma halları insanlar arasında adi baxılan,bəsit bir həll yolu kimi görünən hala gəlmişdir. Ancaq hər müsəlman kişi bilməlidir ki bir qadınla ailə qurduqdan sonra son nəfəsinə qədər o qadın ona Allahın əmanətidir və o qadından boşansa belə hər yerdə o qadınla adı yanaşı gələr.

İnsan özünə dəyər verildiyi yerdə xoşbəxt olar. Bu dəyəri vermək üçün gec qalmamaq lazımdır.

Evlənmək, Allahın adına əhdləşmək mənasına gələn nikah ilə başlyır.

Bəşər övladının xoşbəxt ailə yuvasının mənşəyi cənnətdir.Odur ki,ailə bir növ cənnətə hazırlıq mahiyyəti daşımalıdır ki,cənnətdəki xoşbəxt ailə yuvasına nail olaq.

Unutmayaq cəmiyyəti formalaşdıran ailədir. Ailəni qorumaq isə hər bir ailə fərdinin borcudur.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 19 dəfə.

Araz İbrahimli

Read Previous

Ərəb dili dərsləri – üçüncü dərs

Read Next

Ərəb dili dərsləri – üçüncü dərs (2)