• 29 Mart 2024

Xoşbəxt bir yuvanın sirləri: Eyiblərinizi ifşa etməyin!

Heç kim həyat yoldaşının nöqsanlarını yaxınlarına, dostlarına və ya başqalarına söyləməkdən fayda gözləməməlidir. Ola bilər ki, ər-arvad  evliliyin əvvəlində görə bilmədikləri çatışmazlıqları sonradan görməyə başlayar. Bunu qohumlarına və ya başqalarına elan etmək heç kimə fayda verməz. Mövzuyla əlaqədar bir hekayə anladılır:

Əhməd Ağa yayda yaylağa gedər. İki aydan sonra 10-12 dostu atlarına minərək Əhməd Ağaya baş çəkmək üçün yaylağa gedərlər. Soruşa-soruşa çadırını tapdıb: “Əhməd Ağa!” deyə çağırarlar. Bir qadın çadırın qarşısında dayanır və “Buyurun qardaşlar” deyer.

-Bu Əhməd Ağanın çadırıdır?

-Bəli.

-Əhməd Ağa burdadır?

-Xeyr.

– Bacım, biz Əhməd ağanın dostlarıyıq, ziyarətinə gəlməşdik, Demək ki, görmək nəsib deyil. salamımızı çatdırarsan.

-Olmaz! Əhməd Ağa burada deyilsə, ailəsi buradadır. Gəlin, birazdan gələcək, uzaqlarda deyil.

Qonaqları içəriyə dəvət edib “xoş gəldiniz” deyən xanım, qonaqlara bir fincan qəhvə vermək istəyər, amma  çadırda şəkər yoxdur. Şəkər qurtarıb  və Əhməd Ağa yenisini ala bilməyib. Evin xanımı “Ərimin bu nöqsanını hiss etdirmədən  işin içindən necə çıxa bilərəm?”  deyə düşünər. “Qəhvənizi necə içirsiniz? Şəkərli mi olsun,  az şəkərli mi, yoxsa  “Acı qəhvə” olsun? deyə soruşar. “Acı qəhvə” deyilincə hərhalda  şəkərli istəyəcək halları yoxdur. “acı qəhvə olsun bacı” deyərlər. Evin xanımı da acı qəhvəni bişirər və hərəsinə bir fincan ikram edər, ərinin əksikliyini hissetdirməz.

Bir az sonra Əhməd Ağa gələr. Dostlarının gəldiyinə sevinər və onlara baxdıqdan sonra 10-12 qəhvənin hazırlandığına  baxar. “Xanım, şəkər yox idi, bu qəhvələri necə hazırladın?” deyər. Xanımı da bele-belə etdim və nöqsanını dostlarının yanında hiss etdirmədim deyərək olanları anladınca , Əhməd Ağa “Allah səndən də, əcdadından da  razı olsun, səni doğan nur içində yatsın ” deyə dua edər.

Əgər O xanım gələn qonaqların yanında  “Qardaşlar, mən sizə bircə dəfə  qəhvə ikram etmək istəyirəm, amma evdə şəkər yoxdur. Sizin dostunuz bax  belədir. Evin nöqsanlarına, çatışmazlığına  baxmır, bir bilsəniz mənim ondan çəkdiklərimi…desəydi Gələn qonaqlar o xanıma hədiyyə verəcək deyildilər. Olub-bitənlər də Əhməd ağanın qulağına çatacaq və ər-arvad arasında mübahisə baş verəcəkdi.

Buna görə də hər kəs çox yaxşı bilməlidir ki, başqalarına ər və ya xanımınım nöqsanlarını anlatmağın bir faydası yoxdur. Ər-arvad birbirilərinin qəbahətlərini ifşa edici deyil, örtücü olmalıdır. Çünki Allah Təala buyurur: “Həyat yoldaşlarınız sizin üçün bir libas, siz də onlar üçün bir libassınız”. (Bəqərə surəsi, 187) Libasın ən gözəl xüsusiyyəti örtücü olmasıdır!

Mənbə: GəncDərgi

Read Previous

Uşaqlara Gözəl ad vermək

Read Next

Ərəb dili Dərsləri – İkinci Dərs

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.