• 24 Avqust 2019

Yarım xurma ilə də olsa cəhənnəmdən qurtulmaq

إِتَّقُواالنَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍxurma

“Yarım xurma ilə də olsa cəhənnəmdən özünüzü qoruyun.” (Buxari, Ədəb 34, Müslim Zəkat 66-70)
İnfaq edildiyi zaman önəmli olan edilən yaxşılığın miqdarı deyil, onu səmimi və gözəl bir niyyətlə verilməsidir. Buna görə də əlində olan malın az və ya çox olduğuna baxmadan sədəqə verməyə çalışmaq və bu şuurda olmaq lazımdır.

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً

“Zənginlərin mallarından sədəqə al” (Tövbə 103) ayəti nazil olandan sonra səhabələr arasında belində yük daşıyaraq sədəqə vermək üçün çalışanlar olmuşdur. Hətta bir dəfəsində səhabələrdən biri iki avuc xurma gətirdi. O zaman Münafiqlər “Allah bu şəxsin iki avuc xurmasına möhtac deyildir deyərək onu təhqir etməyə başladılar. Bir başqa səhabə isə, çoxlu pul gətirdi. Bu dəfə də Münafiqlər “Bu bir göstərişdir” dedilər. Məhz bu səbəbə görə Allah-Təala bu ayəni endirdi. “Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!” (Tövbə, 79)
Cəhənnəmdən qorunmağın yollarından biri əgər sədəqə verməksə, o zaman onun azına çoxuna baxılmamalıdır. Necə ki Allah-Təala belə buyurur. “Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!” (Bəqərə, 265)
Bir dəfəsində H.z Aişə (r. anha) yanında iki qız uşağı ilə dilənən bir qadınla rastlaşmış, və ona tək bir xurma dənəsi verə bilmişdi. Bunu bilən Peyğəmbərimiz (s.ə.s) H.z Aişə (r. anha)-nı təqdir etmişdir. Başqa bir rəvayət də H.z Aişə (r. anha) əlində olan bir üzüm dənəsini sədəqə olaraq verdiyi rəvayət olunmuşdur. Heç bir xeyir və ya şər kiçik görülməməlidir. Allah-Təala belə buyurur. “Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən (əvəzini) alacaqdır.” (Zəlzələ, 7-8)
Dinimizdə sədəqə xüsusiyyətinə sahib olan hər şey hətta, yarım bir xurma, gözəl bir söz, müsəlman qardaşına təbəssüm belə insanı cəhənnəmdən qoruyan bir qalxan ola bilər. Necəki Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur.

تَبَسُّمُكَ فِى وَجْهِ اَخِيكَ لَكَ صَدَقَةٌ

Qardaşına qarşı təbəssüm etməyin sənin üçün bir sədəqədir. (Tirmizi, Birr, 36) Əsas olan yaxşılığın az ya da çox olması deyil, niyyətimizin gözəl olmasıdır.

مَا نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ ، وَمَا زَادَ اللهُ عَبْداً بِعَفْوٍ إِلَّا عِزّاً ، وَمَا تَوَاضَعَ أَحَدٌ لِلَّهِ إِلَّا رَفَعَهُ اللهُ عَزَّ وَجَلَّ

Sədəqə vermək malı azaltmaz. Qul başqalarının xətalarını bağışladıqca Allah da onun şərəfini artırar. Kim Allah üçün təvazökarlıq edərsə, Allah da onu ucaldar. ( Müslim, Birr 69, Tirmizi, Birr 82)
İlk baxışda sədəqə verdiyin zaman malının azaldığı qənaətinə gəlirsən. Ancaq Peyğəmbərimiz (s.ə.s) sədəqə vermək malı azaltmaz buyurmuşdur. Çünki Allah-Təala infaq edilən hər şeyin qarşılığını verəcəyini bizlərə vəd etmişdir. Sədəqə Allaha yaxınlıq məqsədi ilə verilən mal deməkdir.
Allah-Təala hər verilən sədəqənin qarşılığını ya bu dünyada ya da axirətdə on misli ilə yeddi yüz mislinə qədər əcrini verər və malının həm maddi həm də mənəvi bərəkətlənməsinə səbəb olar. O halda xəsis insan deyil comərt insan olmaq lazımdır. Peyğəmbərimiz (s.ə.s) dediyi kimi “verən əl alan əldən üstündür.” Bizlər də verən əl olmağa çalışmalıyıq. Ancaq insanlara bir şey verdiyimiz zaman onu başlarına çaxaraq deyil, Allah rizası üçün verməyi unutmamalıyıq.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 124 dəfə.

calal calalov

Read Previous

Salavatla əlaqəli hədisi şəriflər

Read Next

Prezidentin verdiyi evdən imtina edən general: “Şəhid ailəsinə bağışlamağınızı xahiş edirəm”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.