• 12 Dekabr 2019

Yenə Qurani-Kərimə qarşı təxribat, yenə ABŞ…

Qurana_texribatPamela Qeller müqəddəs Qurandan bir ayəni səhv və əksik tərcümə edərək bunu afişalarda əks etdirib

ABŞ Nyu York şəhərindəki metrolarda İslam dinini təhqir edən afişalar asılıb. “Amerika Müstəqillik Müdafiə Cəhdləri” adlı qrupun liderlərindən olan Pamela Qeller müqəddəs Qurandan bir ayəni səhv və əksik tərcümə edərək bunu afişalarda əks etdirib.

Afişada 11 sentyabr hadisələrindən sonra yanmağa başlayan DTM-nin şəkilləri və “…kafirlərin ürəklərinə qorxu salarıq” ayəsinə yer verilib. (Soon shal we cast terror into the hearts of the unbelievers) Burda Ali İmran surəsinin 151-ci ayəsi əksik göstərilməklə yanaşı ərəbcəsi ru`b olan “qorxu” sözü “terror” kimi tərcümə olunub.

Afişanın asılamasına icazə verən Nyu York nəqliyyat departamentinin əməkdaşları isə bu mövqeyi dəstəkləmədiklərini bildiriblər.

Qeyd edək ki, Ali İmran surəsinin 151-ci ayəsi tam olaraq belədir: “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!”

Qellerin afişada ayənin sadəcə “Biz kafirlərin ürəklərinə qorxu salacağıq” qismini nümayiş etdirməsi isə təxribat kimi dəyərləndirilib.

Xatırladaq ki, Qeller daha əvvəl də, “Mədəni insanlarla vəhşilər arasındakı müharibədə mədənilərin tərəfində olun və İsrailə dəstək verin” – yazılmış afişaları Nyu Yorkun müxtəlif yerlərində asmışdı. Onun bu hərəkəti xristian və yəhudi icmaları da olmaqla bir çox təşkilat tərəfindən etirazla qarşılanmışdı.

Şirəli Məmmədov

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 85 dəfə.

ENO

Read Previous

100 yaşında təkbaşına umrə ziyarətinə getdi

Read Next

SİZİ HESABA ÇƏKMƏMİŞDƏN ƏVVƏL ÖZÜNÜZÜ HESABA ÇƏKİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.