• 23 May 2019

Zəvvarlarımıza yeni xəbər var

Türkiyənin rəsmi din qurumu “Diyanət”ə aid Məkkə şəhərindəki xəstəxanalardan azərbaycanlı zəvvarlar pulsuz istifadə edə biləcək. ANS PRESS-in məlumatına görə, bunu, qurumun sədri professor Mehmet Görmez Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovla görüşündə deyib. Səudiyyə Ərəbistanı Həcc Nazirliyindən azərbaycanlı zəvvarların “Diyanət”ə aid xəstəxanalardan istifadə edib-etməməsi barədə məktub aldıqlarını deyən Görmez, dərhal qurumun Həcc və Ümrə şöbəsinə bu istiqamətdə təlimat verdiyini bildirib: “Azərbaycanlı zəvvarlar Məkkədə heç bir ödəmə həyata keçirmədən Diyanətin səhiyyə xidmətlərindən istifadə edə bilərlər”.

Mənbə: anspress.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 40 dəfə.

ENO

Read Previous

Oktyabr 2012

Read Next

İslama görə qalstuk taxmaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir