• 19 Aprel 2024

Ən fəzilətli İstiğfar Duası

Rəsulullah (səv)Əfəndimiz, ümmətinə fərqli istiğfar (tövbə etmə) şəkilləri öyrətmişdir. Bunların ən əhəmiyyətlisi “Seyyidül-istiğfar” dır.

Şəddad ibn Evs (r.a)-dan rəvayət edildiyinə görə Rəsuli- Əkrəm -səllallahu əleyhi və səlləm- belə buyurdu … “Istiğfarın ən üstünü qulun belə deməsidir:

İstigfar-1024x350Allahım! Sən mənim Rəbbimsən. İbadətə layiq Səndən başqa heç bir İlah yoxdur. Məni Sən yaratdın. Mən Sənin qulunam. Əzəldən Sənə verdiyim sözümdə və vədimdə hələ də gücüm çatdığı qədər durmaqdayam. Işlədiyim günahların şərrindən Sənə sığınıram. Mənə bəxş etdiyin nemətləri hüzurunda xatırlayar və günahlarımı etiraf edirəm. Məni bağışla; şübhə yox ki günahları Səndən başqa bağışlayacaq yoxdur. ”

Rəsuli-Əkrəm -səllallahu əleyhi və səlləm-, sözünə belə davam etdi:

“Hər kim, bu Seyyidü’l-istiğfarın savabına və fəzilətinə bütün qəlbiylə inanaraq gündüz oxuyar və o gün axşam olmadan ölərsə cənnətlik olar. Yenə hər kim, savabına və fəzilətinə könüldən inanaraq gecə oxuyar və səhər olmadan ölərsə cənnətlik olar. “(Buxari, Dəavat, 2, 16; Əbu Davud, Ədəb, 100-101; Tirmizi, Dəavat, 15; Nəsai, istiazə, 57)

Həqiqətən Allah-Təalanın nemətləri, bizim şükrümüzün çata bilməyəcəyi qədər sayısızdır. Ayəti-kərimədə buyurulur:

وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ

“(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar).”(İbrahim, 34)

Tabiunun irəli gələn alimlərindən Ata ibn Əbi Rəbah -rəhmətullahi əleyh- Peyğəmbər əfəndimizin istiğfar və şükrü ilə əlaqəli belə bir hadisəni izah edir: Həzrəti Aişəyə: “Allah Rəsulunda gördüyün ən heyranlıq verici halı mənə izah edərsənmi?” Dedim. Aişə anamız: “-Onun Hansı halı heyranlıq verməzdi ki!” Dedi və belə davam etdi: “-Bir gecə yanıma gəldi, yatağa girdi, bir müddət sonra:

“-İcazə versən qalxıb Rəbbimə ibadət edim.” Dedi. Mən də: “Vallahi səninlə birlikdə olmağı çox istəyirəm, ancaq sənin sevdiyin şeyi daha çox sevirəm.” Dedim. Bunun üzərinə qalxdı, dəstəmaz aldı, sonra namaza durdu və ağlamağa başladı. O qədər ağladı ki gözyaşları sinəsini islatdı. Sonra rükuya getdi , yenə ağladı, sonra səcdəyə qapandı, səcdədə ikən də ağladı, sonra səcdədən başını qaldırdı yenə ağladı. Bu vəziyyət, ta Bilal -radiyallahu anh- gəlib səhər azanını oxuyana qədər davam etdi. Həzrəti Bilal, Həbibi-Əkrəm Əfəndimizin ağladığını görüncə:

“Ey Allahın Rəsulu, keçmiş və gələcək bütün günahların əffedildiği halda səni bu qədər ağladan nədir?” Deyə soruşdu. Əfəndimiz -səllallahu əleyhi və səlləm-: ” (Ey Bilal!) Allaha çox şükür edən bir qul olmayımmı? Vallahi bu gecə mənə elə bir ayə nazil oldu ki, onu oxuyub üzərində təfəkkür etməyənlərə yazıqlar olsun! “Dedi və bu ayəyi- kəriməni oxudu:

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ

الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 190-191) (İbn-i Hibban, II, 386) Rəsulullah -səllallahu əleyhi və səlləm- bu sözləriylə, Cənabi-Haqqın bəxş etdiyi nemətlərin, qulluğu azaltmağa deyil, əksinə təşəkkürü artırmağa vəsilə olması gərəkdiyini bildirmişdir. Ayəti kərimələrdə xüsusilə üç şeyə diqqət çəkilmişdir. Bunlar Allahın əzəmətini təfəkkür, bu əzəmət qarşısında insanın acizliyini dərk etməsi və bunun təbii bir nəticəsi olaraq Uca Məhkəməyə iltica və yalvarışdır. Bu ayəti kərimə nazil olduğu gecə Allah Rəsulu -səllallahu əleyhi və səlləm-, göydəki ulduzları imrəndirəcək gözyaşlarıyla səhərə qədər ağlamışdı. Allahın lütfü ilə möminlərin də gözyaşları, şübhəsiz ki, fani gecələrin ziynəti, qəbir qaranlıqlarının aydınlığı, axirətdəki cənnət bağçalarının şəbnəmləridir.   Tövbənin ən qiymətli vaxtları səhərlərdir. Cənabi-Haqq, ilahi nemətlərə qovuşacaq bəxtiyar qullarının səhərləri əhya edən təqva sahibi kəslər olduğunu belə bəyan etmişdir:

كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ

وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

 

“Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (Əz-Zariyat, 17-18)

وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا

“Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.” (Əl-Furqan, 64)

Səhərlərdən sonra necə ki şəfəq vaxtı gəlib qaranlıqlar uzaqlaşar isə səhər vaxtlarındakı istiğfarlar da, günah qaranlıqlarından xilas olub nurlu məğfirət şəfəqlərinə qovuşmamızın rəhmət iqlimidir!

Cənabi-Haqq, cümləmizə oyanıq könüllər və məğfirət iqlimlimində səadət nəsib etsin! Amin!

Mənbə:islamveihsan.com

Read Previous

Bİr Hafizlik mədrəsəsi tələbəsinin dilindən. “Hafizlik nədir?”…

Read Next

Xalqa görə deyil Haqqa görə yaşamaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.