• 03 Oktyabr 2024

Əsl şükür

zengin_fakir_farkİnsan, yaradılmışların ən şərəflisi və cahanın ən dəyərli zinətidir. Uca Allah, insanoğluna digər məxluqatına vermədiyi saysız-hesabsız nemət və qabiliyyətlər lütf etmişdir. Bu müstəsna lütf və ikramlarına qarşı , onu məsuliyyət sahibi bir varlıq etmişdir.

Allah Təala, biz qullarını imtahan etmək üçün, nəfsimizə “fücur” ( günah işləmə qabiliyyəti) və “təqva” əsaslarını qoymuş və bizlərə bu ikisi arasında bir iradə hürriyyəti bəxş etmişdir. Beləcə (nəticəsinə razı olmaq şərtiylə) bizə, iradəmizi xeyirə də şərrə də istiqamətləndirəbilmə xüsusunda bir sərbəstlik lütf etmişdir. Dünya imtahanının bir zərurəti olaraq da hər bir quluna ayrı-ayrı həyat şərtləri təqdir etmişdir. Yəni insanoğlu, cəmiyyət həyatının nizam-intizamlı və dinclik üzrə davam edəbilmə hikmətinə əsasən, maddi və mənəvi baxımdan çox fərqli səviyyələrdə yaradılmışdır.

Bütün insanlara eyni istedad, eyni peşə qabiliyyəti, eyni maddi və mənəvi xüsusiyyətlər verilmiş olsaydı, cəmiyyətdə bir sistem qurula bilməz , bu səbəbdən dinc bir həyat nizamından söz gedə bilməzdi. Bunun üçündür ki insanlar, cəmiyyət həyatında bir-birini yuyan iki əl kimi, bir-birlərinə möhtac qılınmış və bir bütünün parçaları kimi bir-birini tamamlayan fərqliliklər içində həyat sürməklə vəzifələndirilmişlər.

Bu səbəbdən bir imtahan aləmi olan bu dünyada, insanların çox fərqli imkanlara sahib olması, hikmətsiz deyildir. Bu vəziyyət, möminlər arasında mənəvi və vicdani baxımdan bəzi haqq və məsuliyyəti meydana gətirməkdədir. Allah Təala, insanlar içindəki zəif, gücsüz və məhrum qullarına, səbr edib bu imtahanın əcrinə nail olmalarını, digər tərəfdən güclü, dözümlü, varlıqlı və qabiliyyətli qullarına da hədlərini aşmayıb, şükür etmələrini əmr etmişdir.

Şükür isə, sırf dil ilə edilə bilməz. Əsl şükür, neməti ondan məhrum olanlara da ikram etmək surətiylə reallaşar. Allah rizası üçün zəiflərin daima yanında olmaq, onların ehtiyaclrını qarşılamaq üçün çalışmaq və onların xeyir dualarını ala bilmək, şükrün ən gözəl ifadəsidir.

Həqiqətən ara-sıra özümüzə soruşmağımız lazımdır ki, “Mən sağlamam, lakin filan şəxs niyə şikəst və ya xəstədir? Mənim imkanım genişdir, lakin filankəs niyə kasıb və məhrumdur? ”
Cavab olaraq özümüzə deməliyik ki: “Allah-Təala onu mənə əmanət etdi və məni ondan məsul etdi. O halda əlimdəki imkanları, bu imkanlardan məhrum olanlara səfərbər etmə səyi içində olmağa məcburam!”

Necə ki Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm-: “Mömin qardaşının dərdiylə dərtlənməyən bizdən deyildir.” Buyurmuşdur. (Hakim, IV, 352; Heysəmi, I, 87) İman qardaşlığından doğan məsuliyyət həssaslığı çox mühümdür. Möminlər bir-birlərini, fərqli bədənlərdə olsalar da tək ürək halında yaşayan bir bədənin üzvləri kimi hiss etməyə məcburdurlar. Bir üzvün ağrısını bütün bir bədən hiss etdiyi kimi, din qardaşlarının izdirabını eşitmək, hiss etmək, bütün möminlər üçün bir vicdan imtahanıdır.

Tariximizdəki bu misal, nə qədər həssas bir mömin könlünü sərgiləməkdədir: Osmanlı sultanlarından 1-ci Abdulhəmid Xan, Özi qalası əldən çıxıb məsum əhalisi qılıncdan keçirildiyində: “-Ahh! Əsgər övladlarım və günahsız əhalim parçalandı! “Deyərək təəssüründən iflic olmuş və bu ağrıya dözə bilməyib vəfat etmişdir. Bu hal, necə dərin bir məsuliyyət hissinin təzahürüdür!

Böyük bir cahan sultanına, ölümünə səbəb olacaq dərəcədə “Ahh!” Çəkdirən və ürəyini ələmlə əridən iman həssaslığı necə də möhtəşəmdir. bu iman həssaslığı itdiyi zaman, din qardaşlığının hüququna riayət edilməmiş və bu səbəbdən də məsuliyyətlər çeynənmiş olur.

Möminlər bu şüur içində, bir-birlərini sevməyi və bir-birlərinə xidmət etməyi, bir-birlərini himayə etməyi, Allahın rızasını qazana bilmək üçün özlərinə bir vəzifə bilməlidirlər.

Yenə möminlər, yaxşılıq və duada daima bir-birlərinə möhtacdırlar. Zəif və qərib möminlər, güclü və imkanlı möminlərin köməklərinə möhtac, imkan sahibi möminlər də zəif və məhrumların xeyir-dualarına möhtacdırlar.

Mövlana həzrətləri bu həqiqəti nə gözəl dilə gətirir: “Gözəllər, saf və şəffaf güzgü axtardıqları kimi, comərdlik də kasıb və zəif kəslər istəyər. Gözəllərin üzü aynada gözəl görünür, ikram və lütf gözəlliyi də kasıb və qəriblərlə ortaya çıxar. ”

Digər tərəfdən, həyatı müxtəlif çətinliklər içində yaşayan kəslər də başlarına gələn əza və cəfaları, bir cəza kimi qəbul etməməlidirlər. Bunların, ilahi imtahan olduğunu bilməlidirlər. Hər vəziyyətdə səbr edib həmd edərək, bunun əcrini istəməlidirlər. Bunun üçündür ki, şükür edən zənginlər ilə səbr edən kasıblar, ilahi rızaya çatmaq baxımından birdir. Aralarındakı tək fərq, birinin yoxluqla, digərinin isə varlıqla imtahan edilməsidir.
Mənbə:islamveihsan.com

Read Previous

Uşaq tərbiyəsində 3 qızıl qayda

Read Next

Bütün Amerika bu kitabı oxuyur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.