• 26 Dekabr 2024

Əbu Damdam kimdir?

ebu_damdam2Allahu təalanın vəli qullarının gözəl əxlaqına dair çox ibrətli bir misalı Peyğəmbər Əfəndimiz (səv) belə xəbər verir:
Bir gün əshabına:
“-Sizdən birisi, Əbu Damdam kimi olmaqdan acizdirmi?” Deyə sual verdi. Allah Rəsulunun bu sualına oradakı səhabələr:
“Əbu Damdam kimdir?” Deyə soruşdular. Rəsuli-i Əkrəm (sav) Əfəndimiz də belə buyurdu:
“-Sizdən Əvvəlki qövmlərdən birinə mənsub biri idi. “Məni təhqir edən və dil uzadaraq qeybətimi edən kəslərə haqqımı halal edirəm.” Deyərdi. “(Əbu Davud, Ədəb, 36/4887)
Nə böyük bir mənəviyyat iqlimi. Cənabi-Haqqa duyulan sonsuz məhəbbət, Onun qullarına mərhəməti, şəfqəti, əfv və bağıçlamağı özü ilə gətirir. Allahın qullarının, onun üzündən hesab günündə çətin vəziyyətə düşmələrini istəmir. Allahın qullarının ilahi rəhmətə çatmalarını ümid edir.
İmam Qəzali həzrətləri də insanların əziyyətlərinə qatlanmağın fəzilətinə dair bu hekayəni nəql edir:
Hakimin biri, hikmətə dair 360 əsər yazmış və bu əsərlər sayəsində Allaha yaxınlaşdığını sanmışdı. Allah Təala, zamanın peyğəmbərinə belə vəhy etdi:
“-Filankəsə Söylə, yer üzünü nifaq ilə doldurdu. Mən onun nifaqından bir şey qəbul etmərəm! ”
Bunun üzərinə həmin adam tək başına bir mağaraya çəkilərək ibadət etməyə başladı və; “Bax beləcə indi Rəbbimin rizasına çatdım.” Deyə düşündü. Yenə Allah Təala Peyğəmbərinə:
“-Ona Söylə, insanlar arasına girib onların əziyyətlərinə qatlanmadıqca rızama çata bilməz.” Deyə vəhy etdi.
Həmin adam bazara çıxdı, insanlar arasına girdi, onlarla birlikdə gəzdi, oturdu, yedi-içdi. Bunun üzərinə Allah Təala Peyğəmbərinə belə vəhy etdi:
“O adama indi Mənim rızâma nail olduğunu xəbər ver.”

Mənbə:İslamveihsan.com

Read Previous

Sıxıntılarımıza qarşı səbrli olmaq

Read Next

Allahın rəhmətindən ümidinizi kəsməyin

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.