• 22 Dekabr 2024

Əhli beyt kimdir, Əhli beyt sevgisi

 ehli-beyt-702x336Əhl-i Beyt, bir evdə yaşayan ailə fərdləri mənasına gəlir. Peyğəmbər Əfəndimiz (səv)-in ailə fərdlərinin hamısını ifadə edir. Bu mənada Əhli-i Beyt; Rəsuli-Əkrəm Əfəndimiz (səv) və ailəsi, Əli, Cəfər, Aqil, Abbas (r.a) və ailələridir. Rəsulullah (səv)-ə salat ü salam gətirmək necə bütün möminlər üzərinə bir öhdəçilik isə Əhli-Beytə hörmət və məhəbbətlə bağlı olmaq da bütün müsəlmanların vəzifəsidir.
Allah Rəsulunun Əhli-Beytinə zəkat almaq haramdır. Peyğəmbər Əfəndimiz (səv), birgün Həzrəti Həsənin (r.a) Beytülmala aid zəkat xurmasından bir dənə ağzına aldığını gördü. Dərhal onu ağzından çıxartdırdı və:
“Məhəmməd Ailəsinin zəkat yemədiyini bilmirsənmi?” Buyurdu. (Buxari, Zəkat, 57; Əhməd, I, 200)
Zeyd bin Erkam (r.a) belə demişdir:
“Bir gün Rəsulullah (səv), Məkkə ilə Mədinə arasındakı Hum suyu başında ayağa qalxaraq Allaha həmd səna etdikdən sonra bizə nəsihət etdi. Sonra da belə buyurdu:
«-Ey Insanlar! Mən də bir insanam. Yaxında Rəbbimin elçisi mənə də gələcək və mən onun dəvətinə icabət edib gedəcəyəm. Sizə iki mühüm şey buraxıram. Biri, insanı doğruya aparan bir rəhbər və nur olan Allahın kitabı Qurandır. Ona yapışın və möhkəm sarılın! .. »
 Sonra sözünə belə davam etdi:
«Sizə Bir də Əhli-Beytimi buraxıram. Allahdan qorxun da Əhli-beytimə hörmətli davranın! Allahdan qorxun və Əhli-beytimə hörmətli davranın!»”
“-Peyğmbərin (səv) Əhli-Beyti kimdir ya Zeyd!? Xanımları da Əhl-i Beytindən deyilmi? “Deyə soruşulduqda Zeyd (r.a):
“Xanımları Da Əhli-i Beytindəndir. Lakin Onun əsl Əhli-Beyti, özündən sonra da sədəqə almaları haram olanlardır.”Dedi.
“Sədəqə Almaları haram olanlar kimlərdir?” Deyə soruşuldu.
“Əli, Aqil, Cəfər və Abbasın (r.a) ailələridir.” Dedi. (Müslim, Fedailü’s-Səhabə, 36)
Rəsulullah (səv) belə buyurmuşdur:
“Allahı, sizi nemətləndirdiyi üçün sevin. Məni də Allahı sevdiyiniz üçün sevin. Əhl-i Beytimi də məni sevdiyiniz üçün sevin! “(Tirmizi, Mənaqib, 31/3789)
Yenə bir gün Peyğəmbər Əfəndimiz, (səv) mübarək nəvələri Həsən ilə Hüseynin əllərindən tutub belə buyurmuşdur:
“Kim məni, bu ikisini, bunların ata və analarını sevsə qiyamət günündə mənimlə birlikdə olur.” (Tirmizi, Mənaqib, 20/3733)
Əshabı kiram Rəsulullah (səv)-in yaxınlarına böyük bir hörmət və məhəbbət göstərirdilər. Çünki sevən, sevdiyinə olan məhəbbəti nisbətində onun dostlarını, xidmətçilərini, yediyi yeməkləri, geydiyi paltarları, qısacası onunla əlaqəsi olan və onu xatırladan hər şeyi sevər. Məhəbbət artdıqca sevilənin ətrafında olan hər şeyə sirayət edər.
Allah Rəsulunu canlarından daha çox sevən səhabələr də Allah Rəsulunun yaxınlarından biri, miniyinə minəcəyi zaman dərhal üzəngisini tutardılar. Qiyamət günü bütün qohumluq bağlarının kəsilib yalnız Onunla bağı olanların davam edəcəyini bildiklərindən, Həzrəti Peyğəmbərin (səv) yaxınlarından biriylə evlənərək Onunla qohumluq əlaqəsi qura bilməyi canı könüldən arzu edərdilər.
Allah Rəsulunun pak nəslindən gələn insanlar, indiki vaxtda İslam aləminin müxtəlif yerlərində yaşamaqdadırlar. Hüseyn (r.a)-ın nəslindən gələnlərə “Seyyid”, Həsən ra-ın nəslindən gələnlərə də “Şərif” deyilməkdədir. Osmanlılar, seyyidlərə “əmir”, başlarına sardıkları yaşıl sarığa da “əmir sarığı” deyərdilər. Varlıq Nurunun nəslindən gələn qadınlar da başlarına yaşıl bir əlamət taxardılar.
Osmanlılar, Əhli-Beytə xidmət etməyi qiymətli bir vəzifə saymış və bunun üçün rəsmi bir mövqe adlandırmışdırlar. Osmanlıda, Əhli-Beytin işləriylə məşğul olan bu rəsmi vəzifəliləri Nakîbül-əşraf deyilmişdir. Nakîbül-əşraf, Peyğəmbər Əfəndimizin nəslindən seçilir və Əhli-Beytin hər cür işlərinə baxır; nəsəblərini qeyd edər, doğumlarını və vefatlarını dəftərə keçirər, onların xoş olmayan peşələrə yiyələnmələrinə mane olur, qənimətlərdən özlərinə aid hissələri alıb aralarında bölüşdürür, xanımların uyğun olmayan kişilərlə evlənmələrinə icazə verməzdilər.
Nakîbül-əşraf, Peyğəmbər övladının ümumi bir qəyyumu hökmündə olub gördüyü vəzifənin şərəfinə görə ən yüksək mövqelərdən birini icra edər və xəlifədən sonra sıralanmada ikinci sırada yer alırdı. Padısah qanunlarında hökmdara, əvvəl Nakîbül-əşraf beyət edib dua edər, sonra digər şəxslər biyat edərlərdi. Bayram təbriklərində də öncəlik Nakîbül-Eşraf’a aid idi. Hər iki təbrikdə də padşah, Nakîbül-əşraf üçün ayağa qalxardı.
Seyyid və Şəriflərin Hüquq və adətlərə zidd hərəkətləri olarsa, Nakibül-əşraf tərəfindən cəzaya çarptırılırdı. Cəzalandırma zamanı, əvvəl başındakı yaşıl sarıq alınaraq öpülür; cezâ əməliyyatı bitdikdən sonra təkrar verilirdi.
Mənbə:

Read Previous

Cənnəti satın alanlar

Read Next

İslamda bədnəzər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.