• 25 Dekabr 2024

Əsl yoxsul kimdir?

yoksul

لَيْسَ الْمِسْكِينُ الَّذِي يَطُوفُ عَلَى النَّاسِ تَرُدُّهُ اللُّقْمةُ وَاللُّقْمَتَانِ وَالتَّمْرَةُ وَالتَّمْرَتَانِ وَلَكِنَّ المِسْكِينَ الَّذِي لَا يَجِدُ غِنًى يُغْنِيهِ وَلَا يُفْطَنُ بِهِ فَيُتَصَدَّقَ عَلَيْهِ وَلَا يَقُومُ فَيَسْأَلَ النَّاسَ

Qapı-qapı gəzib bir-iki loğma, bir-iki xurma ilə yola verilən kəs yoxsul deyil. Əsl yoxsul özünə kifayət edəcək qədər malı olmayan, möhtac olduğu bilindiyi halda sədəqə verilməyən və başqalarından heç nə dilənməyən kəsdir. (Buxari, Zəkat 53, Müslim, Zəkat 101, Nəsai, Zəkat 76)
Yoxsul sözü Qurani-Kərim və hədisi şəriflərdə miskin sözü ilə ifadə edilir. Yoxsul, yemək üçün bir şey tapmayan, hər gün qarnını çətinliklə doyduran kimsədir. Peyğəmbər Əfəndimiz (səv)-in təsvir etdiyi yoxsul, bir sonrakı gündə qarnını doyduracaq bir şeyi olmasa belə, kimsəyə əl açıb dilənməyən şəxsdir. Peyğəmbər Əfəndimiz (səv)-in sahib çıxmamızı istədiyi şəxslər belə şəxslərdir. Peyğəmbərimiz (səv) belə şəxslərin xəzinə kimi gizli olduğunu, xəbər verərək onların axtarılıb tapılmasını tövsiyə etməkdədir.
Onları necə tapacağımızı bizə bu ayə xəbər verməkdədir:
(Sədəqə)Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə, onları tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir. (Bəqərə, 237)
İnsanı yaradan Allahu Təala, qulları arasında belə şəxslərin olduğunu xəbər verməkdədir. Əhəmiyyətli olan onları axtarıb tapmaqdır. Bizlər lüks mühitlərə çəkilərək özümüzü kasıb və yoxsullardan ayırmamalıyıq. Başımızı sağa sola çevirdiyimizdə onlardan bir neçəsinin yaşadığı yeri görməli və onlarla münasibətdən uzaq durmamalıyıq.
Bizim vəzifəmiz, qazandığı pulu ilə ailə fərdlərini dolandıra bilməyən, bununla birlikdə halını kimsəyə açıqlamayan şəxsləri tapmaq və onların dərdlərinə dərman olmaqdır. Qazancı ilə dolanışığını təmin edə bilməyən şəxslər, keçirdiyi bir qəza nəticəsində sənətini işlədə bilməyəcək hala düşənlər və daha bir çox çətinliklər içində yaşayanlar da cəmiyyətimizdə az deyildir. Hələ bir də iş tapa bilməyən və buna görə ruhi xəstəlik keçirən insanları hesaba salacaq olsaq, cəmiyyətimizdə bizlərdən kömək gözləyənlərin nə qədər çox olduğunu görərik.
Dilənçiliyi peşə halına gətirən bəzi şəxslərin miskin olmadığını, onları himayə etməyin lüzumsuz olduğunu görürük. Onlar üzsüz olmaları səbəbi ilə, qiyamət günündə sifətlərində bir parça belə ət qalmayacaq şəxslərdir. Bu dilənçilər, Peyğəmbər Əfəndimizin (səv)ifadəsi ilə öz əlləri ilə üzlərini cırmaqlayan kəslərdir. Sırf sərvət yığmaq üçün xalqdan bir şeylər istəyib dilənənlər, axirətdə yanacaq köz atəşi yığmaqla məşğul olanlardır.
Peyğəmbər Əfəndimiz (s.ə.s)- in özünüz üçün “kimsədən heç bir şey istəməyin” deyə tövsiyə etdiyi elə səhabələr vardır ki, miniklərinin üzərində gedərkən kamçıları yerə düşərdi, ancaq, piyada gedənlərdən onu istəməzlər, aşağıya atlayıb kamçılarını özləri götürərdilər. Çünki insanlardan bir şey istəmək və bunu vərdiş halına gətirmək çox pis bir davranışdır.

Read Previous

Yetim müsəlmanların atəşpərəst qonşularına duaları

Read Next

Cənnətə yaxın kəslər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.