Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan öz “Twitter” hesabından məlumat yayıb. O bildirib ki, Vyananın Koburq sarayında baş tutan görüşdə Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə olunur.
Mənbə
ANS PRESS