• 02 Dekabr 2024

İSLAMI QƏBUL EDƏN İNGİLİS “HİCAB HƏYATIMI DƏYİŞDİ” DEDİ

muselman-olduFotoda gördüyünüz bu xanım Britaniyanın ən məşhur qlamur milyonçularından biri, ən bahalı kurortlarda istirahəti adi işə çevirmiş qadın idi.

İki həftə əvvəl o, İslamı qəbul edib və başına hicab bağlayıb.

… O, vaxtilə hər şeyi normal sayırdı. İndisə o, həyatını tam dəyişib.

Çünki o, İslamı qəbul edəndən sonra başına hicab bağlayıb və mömin həyat tərzi sürməyə başlayıb.

“The Guardian” bildirir ki, iki uşaq anası, 27 yaşlı ingilis Hizer Mettyus İbisadakı növbəti istirahətindən qayıdandan sonra İslamı qəbul edib.

İki həftə əvvəl müsəlman olmuş Hizer indi həyatının tam dəyişdiyini deyir.

“Sanki illərlə səhrada ac, susuz gəzəndən sonra buz kimi soyuq suyu olan bulağa rast gəlmişəm.
Həyatımın mənası dəyişib, Allaha inam məni bəxtəvər edib. Allahdan savayı kimsədən qorxmadığım üçün ürəyimdə sakitlik, beynimdə sevinc var.
Heyfsiləndiyim yeganə məqam indiyədək İslamdan kənar qalmağım, ürəyimdə Allah qorxusunun olmamasıdır”, – Hizer Mettyus deyib.

Britaniyanın ən məşhur milyonçularından biri, tanınmış qlamur xanım indi əvvəlki həyatı ilə tam vidalaşdığını, namaz qılıb ibadət etdiyini söyləyir.
O, iki övladını da müsəlman kimi böyüdəcəyini deyir.

5 yaşlı Ella və 2 yaşlı Hallenin anasının dediyinə görə, indi onu ictimai yerdə başını açmağa yalnız ölüm vadar edə bilər.

“Açıq-saçıq geyinməyimə də çox peşmanam. İndi başa düşürəm, dərk edirəm ki, qadının geyimi ətrafdakı insanların ona münasibətini şərtləndirir.

Qadın necə geyinərsə, insanlar da ona məhz o cür münasibət bəsləyərlər. İslamda qadının başını bağlaması məhdudiyyət yox, özünə sayğı və hörmətdir.

İslam mənə şəhvət və pis hissləri unutdurdu, əsl məhəbbəti öyrətdi. Anladım ki, Allaha sevgi və inam insanı məsud, bəxtəvər edə bilər”, – Hizer söyləyib.

Britaniyadakı “Faith Matters” sosioloji tədqiqat şirkətinin son hesabatında bildirilir ki, ötən 10 il ərzində ölkədə 100 mindən artıq xristian və buddist dinini dəyişərək İslamı qəbul edib, müsəlman olub.

Hizer Mettyusun sözlərinə görə, onun sabiq əri Cerrom da İslamı qəbul edərək müsəlman olub.

“Müsəlman olandan sonra yeni rəfiqələrim mənə hicab və Quran hədiyyə etdilər. O qədər sevindim ki, kövrəldim, ağlamağa başladım”.

MƏNBƏ:

DİN.AZ

Read Previous

XRİSTİAN AİLƏNİN QIZI MÜSƏLMAN OLDU.

Read Next

20 İLİN KEŞİŞİ MÜSƏLMAN OLDU, ÖLKƏ QARIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.