• 22 Dekabr 2024

Həmas dünya ölkələrinə çağırış etdi

images1İsrailin Qəzzaya endirdiyi hava hücumlarında ölənlərin sayı 68-ə çatıb. Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrailin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə təşkil etdiyi hücumlarda daha 8 fələstinlinin həyatını itirdiyini söyləyib. Bununla da bazar ertəsi günündən bu yana təşkil edilən hava hücumlarında 68 nəfər həlak olub, 479 fələstinli isə yaralanıb.

Məlumata görə, İsrailin Qəzzaya “Qoruyucu xət” adlı əməliyyatlarda 620 hava hücumu təşkil edilib. İsrail 2011-ci ildə Həmasla əsirlərin dəyişdirilməsi haqqında razılıq əldə etmişdi. Həmasın əlində olan əsgərinin qarşıığında İsrail həbsxanalarındakı 1027 fələstinli sərbəst buraxılmışdı. Fələstin Əsirlər Nazirliyi açıqlayıb ki, İsrailin sərbəst buraxılmış 1027 fələstinlidən 60-ı yenidən həbs olunub, 1000-ə yaxın şəxs isə ümumilikdə saxlanılıb.

Bu arada İsrail Qəzzaya hücumunda qadağan edilmiş silahlardan istifadə edib. Əşrəf əl-Kudranın sözlərinə görə, xəstəxanalara gətirilən şəhidlərin çoxu parçalanmış və kömürləşmiş vəziyyətdədir. Bu isə İsrailin çox qorxunc silahlardan istifadə etdyini göstərir: “İsrail son iki müharibədə beynəlxalq aləmdə qadağan edilmiş silahlardan istifadə edib. Bu ölümcül silahlar qarşısında yeni bir qətliamla üz-üzəyik”.

Nazirlik sözcüsünün bu sözlərini bölgəyə gedən jurnalistlər də təsdiqləyib. Qəzzalılar da İsrailin “yanğın bomba”larından istifadə etdiyini bildirib.

İsrail ordusu verdiyi yazılı açıqlamada bəyan edib ki, 160 quru və 280 dənizdən olmaqla ümumilikdə Qəzzada 440 məntəqə vurulub. İsrail reaktivləri 3 gündə Qəzzaya təxminən 400 ton bomba atıb.

Həmasın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadası İsrailin şimalında yerləşən Hayfa şəhərinə “R-160” tipli raketlər atdığını açıqlayıb. Qəzzanın qonşuluğunda yerləşən Sderot şəhərinə isə 10 “Qrad” tipli raketlə zərbəsi endirilib. İsrail tərəfindən hələ bu iddialara barəsində bir açıqlama gəlməyib.

Həmas təşkilatı ərəb və müsəlman ölkələrinə çağırış edib. Həmasın sözcüsü Fəvzi Bərhum ərəb və müsəlman ölkələrini İsrail səfirlərini ölkələrindən qovmağa çağırıb. Fəvzi deyib: “İsrailin Qəzzaya yönəlik bu müharibə cinayətləri qarşısında heç bir ərəb və müsəlman ölkəsinin susmaq üçün üzr yeri yoxdur”.

İsrail prezidenti Şimon Peres isə “CNN”ə müsahibəsində söyləyib ki, Həmas raket hücumunu dayandıracağı təqdirdə İsrail qurudan əməliyyatlara başlamayacaq.

mənbə:

din.az

Read Previous

“Hər saat başı bir fələstinlini öldürün”

Read Next

Xüsusi hallarında qadınlar və oruc

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.