• 22 Dekabr 2024

60 yaşında Quranı əzbərlədi

60-yasli-hafiz

Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan bölgəsində yaşayan, 6 övladı və 9 nəvəsi olan 60 yaşlı Zişan Kurt iki illik təhsildən sonra hafiz ola bildi.

Təqaüdçü olan və Elbistanda xanımı və uşaqları ilə yaşayan Zişan Kurt, hafiz olan oğlunun təsirilə 2 il əvvəl başladığı təhsilini uğurla başa vuraraq hafizlik sənədini aldı.

Hafiz Zişan Kurt Anadolu Agentliyinin müxbirinə verdiyi müsahibədə iki il əvvəl yaşadığı yerdəki məsciddə Quran oxunaraq təravih namazı qılındığını, burada oxunan Qurani-Kərimin ona çox təsir etdiyini, hafiz olan oğlundan da nümunə götürərək təhsilə başladığını bildirdi.

Əvvəlcə çətinlik çəkdiyini, Qurani-Kərimi oxuduqca zehninin açıldığını ifadə edən Kurt belə dedi: “Qərara gəldim ki, hafiz olum. Əvvəl Quranı sürətlə oxumağa başladım. Sürətli oxumadan sonra əzbərləməyə başladım və bu il də Quranı tam şəkildə əzbərlədim. Çox xoşbəxtəm. Hafizlik təhsilini almağa başladığım zaman daim Allaha dua etdim. Gecələr hafiz olmaq sevgisiylə çox ağladım. Çox çalışdım. Əzmkarlıq etdim mükafatım böyük oldu. Çox şükürlər olsun ki, indi hafiz oldum.”

Qurani-Kərimin məalını (izahlı tərcüməsini) də çox oxuduğunu, bir insanın 110 yaşına qədər hətta gündəlik 150 söz öyrəndikdə də hafiz olacağını bildirərək belə dedi:

“Qurani-Kərim özü ayrı möcüzə, mənası başqa möcüzədir. İnsanlar yayın keçməsini səbəb gətirərək necə öyrənəcəklərindən narahat olmamalı, əzmkar olmalıdırlar. Qurani-Kərim Allahın kəlamıdır. Allahın kəlamı oxunduqca insanın yaddaşı inkişaf edir. Buna görə də hafiz olmaqda yaş əhəmiyyətli deyil. Əsas olan çalışmaqdır. Hafiz olmaq üçün gündəlik nizamlı şəkildə səy göstərmək lazımdır. Hafiz olmaq istəyən insan tətil, bayram və sosial fəaliyyətlərdən bir qədər uzaq olmalı, diqqətini Qurana yönəltməlidir. Hafizliyimə səbəb olan müəllimimə və oğluma olduqca təşəkkür edirəm».

Kahramanmaraş bölgəsinin müftisi Muhəmməd Gevhər isə Qurani-Kərimi ilk öyrənən, əzbərləyən və öyrədən şəxsin Hz. Muhəmməd (s) olduğunu bildirərək belə dedi: «Müsəlmanlar Quranın öyrənilməsi, öyrədilməsi, əzbərlənməsi və izahına böyük əhəmiyyət verib, bu səbəbdən hafizlik, İslamın ilk illərindən başlayaraq hər hansı fasilə olmadan yaşadığımız günlərə qədər davam edib. Bu dövrlərdə Quranı oxumaq və əzbərləmək səyləri əvvəlki illərlə müqayisədə daha da artıb. Əzmkarlıq olduqda hafizliyin yaşı da olmur. 6 övladı və 9 nəvəsi olan 60 yaşlı Zişan qardaşımız da yaşlı olmasına baxmayaraq 2 il çalışdı, bölgəmizdə keçirilən hafizlik imtahanını uğurla keçərək çox gözəl dərəcə ilə hafizlik sənədinə layiq görüldü. Bu nümunəvi davranış və uğura görə Zişan bəyi təbrik edirəm».

Allah bizə də qismət etsin! Amin!

/din.az/

Read Previous

İslam dinilə ən gec tanış olan ölkə

Read Next

İslam və elm

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.