• 24 Noyabr 2024

ABŞ-da öldürülən 27 nəfər üçün Quran oxundu (VİDEO)

ABŞ-da öldürülən 27 nəfər üçün Quran oxunduABŞ-ın Konnektikut ştatında 20-si azyaşlı olmaqla 27 nəfərin öldürülməsi ilə nəticələnən qətliam qurbanları üçün keçirilən və prezident Obamanın da iştirak etdiyi tədbirdə Quran oxunub. “İnanclararası” formda keçirilən tədbirdə xristian və yəhudi din xadimləri ilə yanaşı şəhərdəki “Al Hedaya” (əl Hidayət) İslam mərkəzindən iki nümayəndə də kürsüyə çıxıb.

CNN telekanalından birbaşa yayımlanan tədbirdə hindistan əslli Muaz Bavanqarvala adlı müsəlman Qurani Kərimin Bəqərə surəsindən, “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” /Bəqərə – 155, 156, 157/ ayələrini oxudu.

Daha sonra Ceson Qraves qətliamda ölənlər üçün dua edib. “İtirdiklərimiz üçün cənnətdə xüsusi yer ayırmasını Allahdan təmənna edirəm. Dözülməz olan bu fəlakətə dözmələri üçün ailələrinə də səbr ehsan etməsini Allahdan arzu edirəm. Hamısı üçün dua edirik” – deyən Qraves Qurani Kərimin İnşrah surəsindən “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” ayəsini oxuyub.

(Anspress.com)

Read Previous

Quran ən çox satılan kitabdır

Read Next

Quranı əzbərləyən insan onu unutmamalıdır (Müsahibə)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.