İspaniya Araşdırma Mərkəzinin apardığı araşdırmaya görə, 2012-ci ilin ikinci yarısında ölkədə ən çox satılan kitab müqəddəs Qurani Kərim olub.
“Misriyyun” qəzetinin açıqlamasına görə, 2012-ci ilin ikinci yarısında İslami kitablar ümumilikdə İspaniyada ən çox satılan kitablar olub.
İspaniya kitab bazarlarında Qurani-Kərim böyük alıcı marağını cəlb etmiş və ən çox satılan kitablar zirvəsinə qalxmışdır. Qurandan sonra Peyğəmbər (s) həyatından bəhs edən “Seyri Nebavi” kitabı çox satılıb.