Möhtərəm möminlər, dinimiz İslam elmə dəyər və qiymət verən uca bir dindir. Bilənlə – bilməyəni eyni qəbul etməyən və ilk əmri “oxu” olan yeganə din İslamdır. Elmi imanın dirəyi sayan, elm öyrənməyi nafilə ibadətdən və Allah yolunda cihad etməkdən daha üstün və fəzilətli görən tək din İslamdır.
Allah Təala şərəfli kitabımız Qurani kərimdə belə buyurur:
“ Yaradan Rəbbinin adıyla oxu!”[1]
“De: heç bilənlərlə bilməyənlər (alimlə cahil) bir olarmı?”[2]
“ Elə isə bilməyənlərdən olma!”[3]
“Cahillərdən üz döndər!”[4]
“ De: Ey Rəbbim, elmimi artır.”[5]
“Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar.”[6]
Elm haqqında hədislərə gəldikdə isə Peyğəmbərimizin (səs) elm və alim haqqında nəyinki bir xütbə hətda bir neçə xütbə içərisinə sığmayacaq dərəcədə hədisi-şərifləri vardır. Bu hədislərdən bəziləri bunlardır:
“Kim elm öyrədərsə, onunla əməl edən kimi savab qazanar, əməl sahibinin əcrindən də heç bir şey əksilməz.”[7]
“Elm öyrənmək üçün səfərə çıxan hər kəs evinə qayıdana qədər Allah yolundadır.”[8]
“ Elm öyrənmək hər müsəlmanın üzərinə fərzdir.”
“ Alimlər Peyğəmbərlərin varisləridir.”[9]
“ Yer üzündəki alimlər göy üzündəki ulduzlar kimidir.”
“ Cahillər arasında br alim, ölülər arasaında bir diri kimidir.”
Əziz möminlər, şərəfli dinimiz İslamın elmə və elm adamına verdiyi bu böyük qiymət səbəbiylədirki müsəlmanlar həm dini elmlərdə, həmdə dünyəvi elmlərdə əsirlərcə bütün dünyaya örnək olmuşlar. İmam Buxariləri, İmam Azamları, İmam Şafiləri, İmam Qazaliləri, Fəxrəddin Raziləri, İbni Sinaları, Əbubəkr Raziləri, yetişdirən İslamın elm ruhuıdur.
Hədis, Təfsir, Fıkıh kimi dini elmlərdə dünyaya tayı bərabəri olmayan böyük əsərlər verərək zirvəyə çatan müsəlmanlar dünyəvi elmlərdə də mədəniyyət işıqları saçmışlar.
Elmə hörmət edən qərb mütfəkkirlərinində etiraf etdiyi kimi, bugünkü texnikanın qurucusu nə qədim Yunanlar nədə Romalılardı. Bugün ki mədəniyyətin qurucusu qeydsiz-şərtsiz müsəlmanlardır.
Daha açıq söyləyirəm bugün ki texnikanın təməli olan Fizika, Kimya, Cəbr, Astranomiya, Tib, Tarix və Coğrafiya kimi elmlərin banisi heç şüphəsiz müsəlmanlardır.
Elmlər tarxi göstərir ki, miladi 7-ci əsirdən 18- ci əsirə kimi tam 11 əsir elm öndərliyini dünyaya müsəlmanlar etmişlər. İnsanlığın bu gün ki elminin %70 –i müsəlmanlara aitdir. Tib elminin qurucusu müsəlmandır. “ Əlqanun Fit- tib” adlı əsəri ilə “ Tibbin Sultanı” ünvanını qazanan və tib dünyasına 700 növ dərmanı hədiyyə edən və bu kitabı avropa universtetlərində dərs kitabı olaraq oxudulan İbni Sina müsəlmandır. Yenə “Kitabulhavi” adındakı 20 ciltlik əsəriylə dünya tib tarixində əvəzsiz yeri olan, çiçək və qızdırma xəstəliklərinə aid əsərin müəllifi Əbubəkr Razi müsəlmandır. Tib dünyasında ilk mikrobu kəşf edən və “Maddətulhəyat” adlı əsərində bunu bildirən Akşəmsəddin həzrətləri müsəlmandır.
Bunun üçündür ki, daha iki əsr əvvələ qədər Parisdəki Sarbon universtetində professorların bir qismi müsəlmanların elmə etdikləri xidmətə görən dərslərini sarıq və cübbə geyinərək verirdilər. Bu gün hələdə İbni Sina ilə Əbubəkr Razinin rəsimləri, Paris tib fakultəsinin böyük salonunda asıldır.
Fizika elminin qurucusuda müsəlmanlardır. Bu günkü fizika elminin təməlini qoyan Muhamməd ibni Heysəm müsəlmandır. Atom və malekul nəzəryisini bu elmə gətirən İbni Heysəmdir. Kimya elminin qurucusu da yenə müsəlmanlardır. Atomun parçalanacağını ifadə edən kimyəvi ilk labaratoriyanı quran və ilk dəfə süni hüceyrəni tapan Cabir bin Hayyan müsəlmandır.
Möhtərəm möminlər, müsəlmanların bu nailiyyətləri İslama sarıldıkları dövrlərdə olmuşdur. Müsəlmanlar nə zaman ki İslamdan uzaqlaşmışlar o zaman geriləmə başlamışdır. Məhz o zaman yanacağı qurtarmış avtomobil kimi dayanmışlar. Bu günkü pərişan halımızın səbəbi budur. Bunun üçün əgər tarixdəki o möhtəşəm yerimizi yenidən yaşatmaq istəyiriksə qeydsiz şərtsiz İslama dönmək məcburiyyətindəyik. Tək çarəmiz budur. Xütbəmə Peyğəmbərimizin (səs.) bir hədisi şərifiylə son verirəm.
“ Elm müsəlmanın itmiş malıdır. Harada taparsa onu alar.”
4 Yanvar 2012 /22 Səfər 1434