Bu, yəhudilərin Qüds şəhərində məscidə həftə ərzində 2-ci basqınıdır.
Fələstinin işğal altında olan Qüds şəhərində bir qrup radikal yəhudi Əqsa məscidinin qərb hissəsindəki Alu Dücani məhəlləsində yerləşən tarixi Davud peyğəmbər məscidinə həftə ərzində 2-ci dəfə hücum ediblər.
Yəhudilərin məscidinin üç tərəfində Osmanlı dövründən qalma XVII əsrə aid mərmər və keramikaları dağıtdıqları bildirilib. Fələstinlilər belə halların ilk dəfədir ki, baş vermədiyini bildirərək, sionist işğal rejiminin məscidi sinaqoqa çevirdiyini qeyd ediblər.
Bu arada əl-Əqsa Vəqfi və Mədəni Mirası Təşkilatın əməkdaşlarının yəhudilərin məscidə vurduğu ziyanı yerində öyrənmək və sənədləşdirmək üçün Davud məscidində olduqları bildirilib. Təşkilatın sədri Zəki Məhəmməd İğbariyyə hücumun Qüdsdəki islam əsərlərinə basqınların tərkib hissəsi olduğunu qeyd edib.
/azerimuslims/