Əziz müsəlmanlar, Peyğəmbərimiz (s) haram və halal məsələsində olduqca həssas idi. Həzrət. Aişə Peyğəmbərimizin (s) bu xususiyyətini belə dilə gətirir:
“Rəsulullah (s) iki şeydən birini etmə seçimi qarşısında qalanda günah olmadığı təqdirdə mütləq onlardan ən asanına üstünlük verərdi. Ediləcək şey günahsa, ondan ən uzaq duran da o olardı.”
Burada diqqət yetirilən iki mühüm məsələdən biri Peyğəmbərimizin günah olmadığı təqdirdə asan olanını seçməsi, digəri isə haramlardan ən uzaq duran şəxs olmasıdır. Məsələn, haram qazancdan uzaq drumaq Rəsulullahın müsəlmanların uzaq durmasını istədiyi əməllərin başında gəlir. Hədisi-şərifdə belə buyurulur:
“Cənnətliklər üç qisimdir. Ədalətli və fərasətli dövlət başcısı, yaxınlarına və müsəlmanlara qarşı mərhəmətli və yumşaq qəlbli olan şəxs və ailəsi qələbəlik olduğu halda, haram qazancdan çəkinib heç kimdən bir şey istəməyən iffətli müsəlman.”
Hədisi-şərifdə bəhs edilən üçüncü qisim cənnətliklərin iki xüsusiyyəti zikr edilmişdir. Biri, heç kimdən bir şey istəməyərək əlinin zəhməti ilə dolanmaq, digəri isə günahdan uzaq durmaq və günaha aparacaq davaranışlardan çəkinmədir.
Həzərət. Peyğəmbər (s) şəxsi və ailə həyatında bu prinsiplərə uyğun yaşadığı kimi, ümmətinə də belə davranmalırını tövsiyə etmişdir.
Rəsulullah (s)-: “Elə bir dövr gələcək ki, insan aldığı şeyin halal, yoxsa haram olduğuna heç bir diqqət etməyəcək.” ifadəsilə möminləri xəbərdarlıq etmişdir. Müsəlman uşaqların haram və halal barəsində həssas yetişmələri üçün kiçik yaşlarında tərbiyələrinə əhəmiyyət vermiş və onları mənfi xislətlərlə istiqamətləndirən qaydalardan çəkinmişdir. Belə ki, bir hədisi-şərifində Allah Rəsulu (s) belə buyurur: “Uşaqları pul qazanmağa məcbur etməyin. Siz onları buna məcbur etdiyinizdə oğurluq edə bilərlər…..”
Haram qida, sahibini insanlar arasında rüsvay etdiyi kimi, Allah dərgahında da dəyərsiz hala salır. Allah təala onun duasını qəbul etməz.
Rəsulullah (s) bir insanın duasının qəbul edilə bilməsi üçün halal və harama diqqət etməsinin vacibliyini dəfələrlə vurğulamışdır. Belə ki, hədislərinin birində belə buyurur:
“Allah təala təmizdir, yalnız təmiz olanları qəbul edər. O peyğəmbərlərinə əmr etdiyi şeyi möminlərə də əmr etmişdir. Allah təala peyğəmbərlərə: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!” (əl-Muminun 23/51) buyurmuşdur. Möminlərə də eyni şəkildə: “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!” (əl-Bəqərə 2/172) buyurmuşdur. Bir adam Allah yolunda uzun səfərlərə çıxır, saçı-başı dağınıq, toz-torpağa bulaşmış halda əllərini səmaya qaldırıb; ya Rəbb! deyə yalvarır. Halbuki onun yediyi haram, içdiyi haram, qidası da haramdır. Belə bir insanın duası necə qəbul ola bilər!”
Möhtərəm möminlər, demək ki, bir adam üst-başı toz-torpaq içində dininə xidmət etmək üçün uzaq səfərlər etsə də haram tikə yediyi halda onun bu fədakarlığının heç bir dəyəri ola bilməz. Müsəlmanı dünyanın ən təmiz insanı edən amil, inancı ilə yanaşı dininin əmrlərinə uyğun şəkildə yaşaması, təmiz və halal qida yeməsi və beləliklə həm maddəsini həm də mənasını təmizləmisidir.
Rəsulullahın (s) haram və halal barəsində göstərdiyi həssaslıq aşağıdakı hədisi-şərifdə aydın şəkildə nəzərə çarpır: “Biriniz qardaşına borc pul verərsə və borc alan şəxs, ona bir şey hədiyyə edərsə, qəbul etməsin. Yaxud da miniyinə mindirmək istəyərsə minməsin. Amma əvvəllər aralarında hədiyyələşmək və yardımlaşmaq kimi hallar vardırsa bu müstəsnadır.”
Peyğəməbirimizdən (s) sonra Onun yoluyla gedən müsəlmanlar da halal və harama qarşı çox həssas olmuşlar. Hənəfi məzhəbinin qurucusu olan böyük alim İmam əzəm həzrətlərinin bir nəfərə borcu var idi. Həmin məhəllədə bir tələbəsi vəfat etdi və Əbu Hənifə onun cənazə namazını qıldırmağa getdi. Hava isə olduqca isti idi. Əbu Hənifə borclu olduğu adamın divarının gölgəsində otursam faiz ola bilər qorxusuyla qızmar günəşin altında gözləməyi üstün tutdu. (Attar, s. 243)
Əziz möminlər, xütbəmi bir hədisi-şəriflə yekunlaşdırıram: Rəsulullah (s) belə buyurur:
“Haram ilə bəslənən bir vücud cənnətə girə bilməz”
25 Yanvar 2013 /13 R.Əvvəl 1434