• 22 Dekabr 2024

Ad günü keçirmək günahsa, nə üçün Məhəmməd peyğəmbərin ad günü təntənəli keçirilir?

GUL1[1]
Ad gününün qeyd edilib-edilməməsi haqda nə Qur`anda nə peyğəmbərin (s) hədislərində heç bir şey bildirilməmişdir. Peyğəmbər (s.)-in dövründə yaşayan müsəlmanlar öz ad günlərini qeyd etməmişlər. Bu ilk nəsil müsəlmanları təqib edən sonrakı nəsil müsəlmanları da eyni yolu izləmişlər.
Ad gününü qeyd etmək qeyri müsəlman millətlərdən keçmişdir. Peyğəmbərin (s) təqlid və oxşamanı qadağan etməsinə dair hədislərinə nəzər salsaq bizə hər şey aydın olur.
“Kim bir qövmə bənzəməyə çalışarsa onlardan sayılar.” {Əbu Davud / Libas)
“Sözsüz ki, sizlər, sizdən əvvəlkiləri addım-addım izləyəcəksiniz. Hətta kərtənkələnin girmədiyi bir dəlik qalmayacaq ki, onlar həmən yerə girsin və siz onların arxasınca girməyəsiniz, Səhabələr: Yə Rəsulullah bizdən əvvəlkilər kimdir? Yəhudi və xristianlardırmı? Peyğəmbər (s): ” Başqa kim olacaq?!” – söylədi.” (Müslim / Elm)
Bu səbəblərdən dolayı ad gününü ümumiyyətlə hər hansı bir şəkildə qeyd etmənin yeri yoxdur. Bunun bir mədəniyyət kimi başqa din və toplumların həyat tərzi, adəti olduğu üçün caiz deyil (icazə verilmir).
Bir müsəlman ad gününü keçirməklə məhs kafir toplumlarının özündən üstün olması ilə razılaşaraq onların mədəniyyətini mənimsəmə məsələsi açıqdır. Bunu ad gününün millətimizin necə həyatına gəlməsinə nəzər saldıqda görürük. Ümumiyyətlə bu gün millətimizi, namus, şərəf, din, adət, və mənaviyyatını; bir sözlə kimliyini əlindən alıb millət kimi yox etmək üçün millətimizə qarşı komunistlərin başladığı kültür, mədəniyyət ekspansiyası digərləri tərəfindən davam etdirilməkdədir. Buna görə bu gün iqtisadi inkişaf və digər faydalı şeylər mestəsna zərərli yad kültürün yeridilməsini qəbul etməmək yolu ilə buna müqavimət göstərmək hər müsəlmanın borcudur.
Rəsulullah (s.)-in doğum gününün qeyd edilməsi isə fərqli bir şeydir. Burada yuxarıda qeyd edilən yad mədəniyyətin yeridilməsi halı yoxdur. Yenə, bir çox müsəlmanlar tərəfindən yaşanan aşağılıq kompleksi nəticəsində özündən üstün gördüyü üçün kafirlərə bənzəmək, onlar kimi olmaq, onları təqlid etmək məsələsi ad günündə olduğu kimi, Rəsulullahın mövludunda yoxdur.
Yenə, ad günündən fərqli olaraq bəzi xəbərlərdə Rəsulullahın mövluduna (doğum gününə) təzim, ehtiram göstərilməsinə işarətlər vardır. Məsələn Rəsulullah (s)-in həftənin birinci (bazar ertəsi) günü oruc tutması və bunun səbəbi soruşulduqda; “Mən bu gün anadan olmuşam” deyə cavab vermişdir. Rəsulullah (s.) anadan olan günün yeddinci güni bu gün münasibəti ilə babası Abdulmüttəlib dəvələr, inəklər kəsib xalqa yedirtməsini oğlu Əbu Talibə əmr etmişdir. Bundan başqa Məkkənin hər məhəlləsində dəvələr kəsilərək buraxıldı və insan heyvan quş, hər kəs ondan faydalandı. Rəsulullah (S.) anadan olan gün əmisi Əbu Ləhəbin qulu olan Süveybə ona bu müjdəni verdi. Bunun müqabilində Əbu Ləhəb onu köləlikdən azad etmişdir. Əbu Ləhəb kafir kimi öldükdən sonra qardaşı hz. Abbas onu yuxusunda çox acınacaqlı vəziyyətdə görmüş və onun: “hər bazaar ertəsi güni əzabımın yüngülləşdirildiyindən başqa heç bir rahatdığa qovuşmuram” dediyini xəbər vermişdir. Başqa rəvayətdə də Əbu Ləhəb barmaqlarının arasındakı deşiyi göstərərək “Suveybəni azad etdiyim üçün burdan su dadmaqdan başqa bir rahatlığa qovuşmadım.” (İbni Sad, Beyhaqi, Buxari)
Bütün bular və digər şəriətin əmrlərinə dayanaraq bir çox alimlər Rəsulullah (s.)-in mövludunu müəyyən qaydalara tabe olmaqla ibadət və təzimdə keçirməyi caiz görmüşlər (icazə vermişlər). Və bu əsirlər boyunca ümmətin həyatında kök salmışdır.
Bütün bunlarla yanaşı birdə Rəsulullah (S.) bu günü heç bir şəkildə qeyd etmədiyi, səhabələrin də eyni yolu izlədiyi və bunun üç əsr bu cür davam etməsini qeyd edərək bir çox alimlər də mövludun keçirilməsinin doğru olmadığını bildirmişlər. Amma bunun əsrlər boyu ümmət arasında kök saldığını, həm də bunun bir günah da olmadığını, bir çox alimlərin bunun icazəli bir şey olduğunu da qeyd etdiyini nəzərə alsaq bunu söyləmək olar ki, mövludu qeyd etməyənin, həddi aşmayaraq qeyd edənləri də qınaması doğru deyildir. Daha doğrusunu Allah bilir.

Read Previous

Haram ilə bəslənən bir vücud cənnətə girə bilməz

Read Next

Danimarkada elan: “Kilsə tanrıya inanan keşiş axtarır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.