• 22 Dekabr 2024

Danimarkada elan: “Kilsə tanrıya inanan keşiş axtarır”

kilse-rahib
Danimarkanın Viborq şəhərində verilən elan ölkə gündəminin əsas müzakirə obyektidir.

Danimarkanın Viborq şəhərinin Mejdal Kirke rayonunda kilsə rəhbərliyi tərəfindən ibadət ocağına yeni keşiş təyin edilməsi ilə bağlı verilən elanda tələblər arasında kilsəyə qəbul olunacaq keşişin tanrıya inanan bir insan olmasının vacibliyi qeyd edib.

Mejdal Kirke kilsəsinin İdarə Heyətinin sədri Karl Corc Pedersen əvvəllər kilsədə tanrıya inanmayan keşişlərə rast gəldiklərini bildirərək, din xadiminin inancını idmançının qaçışını ölçmək kimi yoxlamaq niyyətində olmadıqlarını deyib. Ölkənin Kilsə naziri Manu Sarin elanda yer alan ifadələrdən təəccübləndiyini və mətnin hərtərəfli düşünülmədən hazırlandığını iddia edib.

Danimarka Rahiblər Dərnəyinin sədri Per Buçolt Andresen isə elandakı “inanan keşiş” ifadəsinin düşündürücü olduğunu deyib. Məlumat üçün deyək ki, ölkədə 2003-cü ildə təqaüdə göndərilən imam Torkild Qrosböll adlı keşişin dünyanı yaradan bir tanrının mövcudluğuna inanmadığını bildirməsi mübahisələrə səbəb olmuşdu.

Read Previous

Ad günü keçirmək günahsa, nə üçün Məhəmməd peyğəmbərin ad günü təntənəli keçirilir?

Read Next

Əhmədi Necad: “Bəzi qüvvələr müsəlmanları şiə-sünni kimi parçalamağa çalışırlar”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.