İran prezidenti Beynəlxalq Quran Qiraəti Müsabiqəsinin final mərhələsini izləyib.
İranın paytaxtı Tehranda Quran qiraəti üzrə beynəlxalq müsabiqəyə yekun vurulub. Müsabiqənin yekun mərasimində çıxış edən İran prezidenti Mahmud Əhmədi Necad dünya müsəlmanlarını birləşməyə çağırıb.
Quranın və Məhəmməd peyğəmbərin bütün müsəlmanların rəhbəri olduğunu çıxışında xüsusi qeyd edən prezident bəzi destruktiv qüvvələrin müsəlmanlar arasında sünni-şiə ayrı-seçkiliyi salmağa çalışdıqlarını deyib.
Əhməd Necad bir sıra hökumət rəhbərlərinin dünyada insan hüquqlarının müdafiəsindən, demokratiyanın bərqərar edilməsində və ayrı-seçkiliklə mübarizədən danışdığı halda insanların söz və vicdan azadlığını pozan qüvvələrin elə həmin dairələr olduğunu deyib.
İran prezidenti dünyanın hazırda əvvəlki dövrlərlə müqayisədə ədalətə, birliyə və zorakılığa qarşı birləşməyə daha çox ehtiyac duyduğunu vurğulayıb.
/azerimuslims/