• 23 Noyabr 2024

İslamda cinsi əxlaq – Qadın və cinsəllik (ikinci hissə)

İslamda cinsi əxlaq – Qadın və cinsəllik (ikinci hissə)
Moda
İslam insan şəxsiyyətinin ucaldılmasını istər. İnsanın şərəfinə də yaraşan budur. İnsanı alçaldan hər əməl və münasibəti İslam qadağan etmişdir. İnsanı insan olmaqdan çıxardan, onun insanlıq vəsfini aradan qaldıran hər hərəkət İslam tərəfindən pislənmişdir.

Moda da İslamın qəbul etmədiyi, iyrminci əsrin yoluxucu xəstəliklərindəndir.

Xüsusilə bu yöndə qadının cinsəlliyini istifadə etməsi bir gəlir mənbəyi olraq modanı daha fərqli mövqeyə gətirmişdir.
Modanın cəmiyyətdə meydana gətirdiyi fəsadları saymaqla qurtara bilmərik. Bir cəmiyyətdə yaşayan isanların iqtisadi vəziyyətləri eyni olmaya bilər. Hətta bu bir kapitalist cəmiyyətidirsə varlı və kasıb arasında qorxunc bir uçurum var deməkdir. Kütləvi informasiya vasitələri ilə idarə edilən günümüzdəki insan televiziya və qəzetlərdə gördüyü maoda rüzgarlarından təsirlənməkdədir. Parisdə istehsal edilən bir geyimin öz ölkəsində moda olduğunu öyrənən bir qadın və ya kişi ona sahib olmaq üçün əlindəki bütün imkanlardan istifadə etməyə çalışmaqdadır. Bir kasıb ailənin beş-altı aylıq xərcini bir paltar üçün xərcləyən müğənnilər, mankenlər, iş adamlarının var olduğunu hamımız bilməkdəyik. Bu baxımdan kapitalizmin məhsulu olan moda ədaləti ortdan qaldırdığı və əxlaqsızlığa zəmin hazırladığı üçün qeyri-İslamidir.
İnsan Mövlananın dediyi kimi ya olduğu kimi görünməli, ya da göründüyü kimi olmalıdır. Onda olmayan bəzi vəsfləri moda sayəsində əldə etmək istəyən əslində öz Mənindən uzaqlaşmaqdadır. Belə etməklə əslində yaradılışa müdaxilə etməkdədir.Məsələn, modadır deyə plastik əməliyyatlarla slikonlar, dodaqların qabardılması, taxma kipriklər və s. Bu tip insanları qəzet, jurnal səhifələri və televiziya kanallarında hər gün izləməkdəyik. Belə insanlar Allahın yaratdığı xüsusiyyətlərə müdaxilə etdikləri üçün eyni zamanda insanın həqiqətinə də müdaxilə etmiş olmaqdadırlar. Digər tərəfdən öz təbii gözəlliklərini bəyənməyib süniliklərə yönəldikləri üçün ağılsızlıq etdikləri də məlumdur. Hətta bu işdə özünü qadınlara bənzədən kişiləri də nəzərə alsaq əxlaqi düşüklüyün, ruh pozğunluğunun hansı nöqtəyə vardığını göz önünə gətirmək mümkün olar.
Rəsulullah (s) belə buyurmaqdadır: “Dəriyə döymə (tatirovka) edən və etdirən, üzünün tüklərini yolan və yolduran, gənc və gözəl görünmək üçün dişlərini süni olraq seyrəkləşdirən və beləcə Allahın yaratdığını pozan qadınlara Allah lənət etmişdir.” (Buxari, Müslim)
islamdacinsiaxlaqphp
Moda barəsində prof. Abdullah Ülvan bunları deməkdədir:
“Müasir qadın, modelyerlərin, qadın heysiyyətini ələ salanların seçib ortaya qoyduğu hər şey qarşısında baş əyib itaət etməkdədir. Buna uymayanların müasir zamanədən geridə qalıb mədəniyyətdən uzaq olduğu zehinlərə həkk edilməkdə və bu fikir hakim qılınmaqdadır.
Bir avropalı və ya amerikalı qadın belə qeyri-əxlaqi modalara uymaqda bir problem görməyə bilər. Onun ruhi və ictimai halı buna müvafiq olub bir sıxıntı, bir alçaldlma hiss etməyə bilər; amma müsəlman qadın əlbəttə bu alçaldıcı moda düşgünlüyündən ehtiyat edərək ondan uzaq durmalıdır.
Müsəlman qadın bu günün modasının subayları necə alçaltdığını və onları seksə necə sürükləyib apardığını görməli, imkansız qadımlardan dünya görüşü olmayanların modanı necə təqib etmək və ona görə bir həyat qurmaq üçün zinaya necə sürükləndiyini görməlidir. Müsəlman qadın öz şərəfli mövqeyindən baxaraq başdan ayağa moda çirkabına batmış qadınların necə seks çuxuruna yuvarlandığını aydınca görməli və allahın ona lütf etdiyi ülvi və şərəfli mövqeyi qorumalıdır.” (Abdullah Ülvan, İslamda ailə eyitimi.)
Müsəlman qadın şərəfini ayaqlar altına atan moda tələsini tərcih etmək yerinə bütün tarixin şahid olduğu qadın şərəfinin, heysiyyətinin təmsilçiləri olan hz. Aişə, hz. Fatımə, hz. Zeynəb kimi olmağı özünə həyat yolu seçməlidir. İffət və namusun timsalı olan bu qadınlar yer üzündəki bütün qadıların nümunə götürməli olduqları seçkin şəxsiyyətlərdir.

(Davamı var)

Read Previous

İngiltərəli qadınlar İslamı qəbul edirlər

Read Next

Hər 80 dəqiqədə bir amerikalı əsgər intihar edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.