• 25 Dekabr 2024

Hər 80 dəqiqədə bir amerikalı əsgər intihar edir

80amerask
ABŞ ordusunda intihar edən əsgərlərin sayı toqquşmalarda öldürülən hərbçilərin sayını üstələyib.

2012-ci ildə hərbi xidməti əsnasında 349 amerikalı əsgər intihar etdiyi halda toqquşmalarda 295 hərbçi öldürülüb.
Qəzetin ələ keçirdiyini açıqladığı hesabata görə, ötən il intihar edən ABŞ əsgərlərindən 182 nəfəri quru qoşunlarının, 108- nəfəri dəniz donanması, 59 nəfərinin isə hərbi hava qüvvələrinin qulluqçusudur.
Hesabatda sözügedən göstəricinin hərbi xidmətlərini başa vurmuş və döyüşlərdə yaralanmış əsgərlər arasında daha yüksək olduğu öz əksini tapıb. Belə ki, hesabatda ötən il ABŞ-da hərbi xidməti başa vurmuş 6500 əsgərin intihar etdiyi qeyd olunub ki, bu da hər 80 dəqiqədə bir amerikalı hərbçinin özünə qəsd etməsi deməkdir.
Habelə hesabatda 2011-ci ildə intihar edən əsgərlərin 47%-nin İraq və Əfqanıstanda qulluq etmiş hərbçilər olduğu bildirilib. Amerikalı hərbi ekspert Filip Karter intiharların belə yüksək səviyyədə olmasının səbəblərini bilmədiklərini deyib.

/azerimuslims/

Read Previous

İslamda cinsi əxlaq – Qadın və cinsəllik (ikinci hissə)

Read Next

BƏS SƏN NECƏ İNANIRSANMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.