• 22 Dekabr 2024

BƏS SƏN NECƏ İNANIRSANMI?

5965[1]
Belə bir hekayə var; Hamilə bir qadının ana bətnində iki körpə danışır, biri imanlı digəri isə imanlı deyil. Biri digərinə soruşur: Sən doğulundan sonrakı həyata inanırsanmı?
İmanlı: Təbiki, Doğulandan sonra bir həyat olduğunu hər kəs bilir… Biz burdayıq çünki irəlidə (doğulandan sonra) olacaqlara hazır olmalıyıq. Bunun üçün burada güclənirik.
İmanı olmayan: Bunların hamısı uyudurma şeylərdir! Doğulduqdan sonra həyat falan yox!.. Sən doğumdan sonrakı həyatı düşünə bilirsənmi? Necə bir həyat ola bilər ki?!
İmanlı: Hərşeyi tam təfərruatı ilə bilmirəm ancaq orada işıq, sevinc olacaq. Məsələn öz ağzımızla yemək yeyə biləcəyik.
İmanı olmayan: Bu çox gülməli! Bizim göbək bağımız var, biz yalnız onun sayəsində bəslənirik… və heç kim doğulduqdan sonra geri gəlmədi! Doğumdan sonra həyat bitir.!
İmanlı: Düzdür! Mən doğumdan sonrakı həyatın tam olaraq necə olacağını bilmirəm… ancaq bunu bilirəm ki, doğumdan sonra ananı görəcəyik, və o bizimlə maraqlanacaq.
İmanı olmayan: Ananımı? Sən anaya inanırsanmı? Harada o?
İmanlı: O həryerdə, o bizim ətrafımızda, onun sayəsində biz yaşayırıq. Onsuz biz heç nəyik!
İmanı olmayan: Sənin dediklərin tam bir əfsanə! Mənə ana falan görmədim, Yüz faiz yoxdur!
İmanlı: Mən səninlə razılaşmıram! Çünki ətrafda səssizlik olduğunda onun mahnı oxuduğunu duya bilirik.. və bizi oxşadığında hiss edəbilirik. Mən inanıram ki, bizim həqiqi həyatımız doğumdan sonra başlayacaq! Bəs sən necə inanırsanmı?

Read Previous

Hər 80 dəqiqədə bir amerikalı əsgər intihar edir

Read Next

Fərz namazları avtobus və s. kimi vasitələrdə qılmaq olarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.