Bu, Banyas hücumundan sonra ikinci böyük qətliamdır.
Ötən gecə Suriya ordusu ölkənin Ras əl-Nəbə qəsəbəsində azı 250 nəfəri qətlə yetirib.
Qəsəbədən qaçan sakinlərin bildirdiyinə görə, ordunun Ras əl-Nəbəni bombardman etməsindən sonra qəsəbəyə daxil olan əsgərlər qarşılarına çıxan bütün qadın və uşaqları ayırd etmədən qətlə yetiriblər. Ras əl-Nəbə qətliamını əks etdirən video kadrlarda azyaşlıların yandırılaraq və bıçaqlanaraq öldürüldüyü görünür.
Qeyd edək ki, bu Əsəd rejiminin Banyas şəhərinin əl-Beyda kəndində törətdiyi qətliamdan sonra ikinci böyük hadisədir.
/azerimuslims/