• 28 Noyabr 2024

Məhərrəm ayına xas olan bir namaz və ya oruc ibadəti varmı?

SUAL: Məhərrəm ayına xas olan hər hansı bir namaz və ya oruc ibadəti varmı?

CAVAB:Mübarmeherremək gün və gecələrdə fərz və ya vacib hökmündə hər hansı bir ibadət şəkli yoxdur. Yenə səhih qaynaqlarda Məhərrəm ayında xüsusi qılınan bir nafilə namazın olduğuna dair də rəvayət yoxdur.
Belə mübarək gün və gecələrdə qəza namazları olanların əvvəlcə qəza namazlarını qılmaları uyğun olar. Ayrıca Quran oxumaq, dini əsərlərdən istifadə etmək, zikr və salavatla məşğul olmaq da mümkündür.
Məhərrəm ayı içərisində oruc tutmaq isə, müstəhabdır . Peyğəmbərimiz ( səv) belə buyurmuşdur: “Ramazan orucu xaricində ən fəzilətli oruc, Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Fərzlər xaricində ən fəzilətli namaz da gecə namazıdır”.

Məhərrəm ayının başında, ortasında, sonunda və ya 13, 14, 15-ci günlərində və ya 9, 10 və ya 10 və 11-ci günlərində oruc tutula bilər. Məhərrəm ayının onuncu gününə də, aşura günü deyilməkdədir. Rəsulullah (səv ), “Aşura günü orucunun əvvəlki ilin ( kiçik) günahlarına kəffarə olacağını ümid edirəm” buyuraraq, ümmətinə bu gündə oruc tutmağı tövsiyə etmişdir. Aşura günü oruc tutmaqla əlaqədar olaraq İbn Abbas ( ra) belə izah edir: “Rəsulullah (səv) Mədinəyə gəlincə, Yəhudilərin aşura günü oruc tutduqlarını  gördü. Onlara: “Bu gün  nə üçün oruc tutursunuz”? deyə soruşdu. Onlar da, “Bu, xeyirli bir gündür. Allah , o gündə Bəni İsraili düşmənlərindən qurtardı. (Şükür olaraq) Hz. Musa o gün oruc tutdu”  dedilər. Rəsulullah (səv) də : “Mən Musaya sizdən daha yaxınam”buyurub o gün oruc tutdu və müsəlmanlara da tutmalarını tövsiyyə etdi.

Hz. Peyğəmbər dövründə Yəhudilər yalnız Məhərrəm ayının 10-cu (aşura) günündə oruc tutduqlarından, onlara bənzəməmək üçün əvvəlinə və ya sonuna bir gün əlavə edilərək oruc tutulması tövsiyyə edilmişdir. Bəzi rəvayətlərdə isə bir gün əvvəlinə və bir gün sonrasına əlavə edilərək üç gün oruc tutulması tövsiyə olunmuşdur. Bu səbəblə aşura günü oruc tutularkən əhəmiyyətli olan aşura gününü tək tutmamaqtır. Bir əvvəlki və ya sonrakı günü əlavə etməklə iki gün oruc tutula biləcəyi kimi hər ikisini də əlavə edərək üç gün də tutula bilər.

Read Previous

Məhərrəm ayının fəziləti və bu ayda oruc tutmağın hökmü nədir?

Read Next

Hafizlik Bağından Bir “GÜL” Daha

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.