Övladlarımızı tərbiyələndirməkdə ən həssas nöqtələrdən biri də din təhsilidir. Bəs uşağımıza Allahı necə anlatmalıyıq? Suallarına necə cavablar verməli, cavab verərkən də nələrə diqqət etməliyik?
Allah, ölüm, cənnət, cəhənnəm, ibadət kimi dərk edilməkdə çətinlik çəkilən anlayışları bir uşağa izah edə bilmək heç də asan deyil. Ancaq hələ mücərrəd düşünmə bacarığı olmayan bir uşağın “Allah harada yaşayır? Evi var mı ? Allah nə rəngdədir? Onu niyə görə bilmirik”? kimi suallarına veriləcək cavablar uşağın Yaradıcı və kainatla qurduğu əlaqədə həyati rol oynayır. Ayrıca ölümü və ölən bir yaxınının aqibətini uşağın yaşına uyğun şəkildə izah etmək də onun ruh sağlamlığını qorumaqda və həyata baxışında əhəmiyyətli yerə tutmaqdadır. Bəs uyğun bir din təhsili üçün hansı yaş qrupunda nələrə diqqət etmək lazımdır?
2-3 YAŞ ARASI.
Bu yaşlarda uşağın söz ehtiyatı inkişaf etməyə, dəyər və inanclar formalaşmağa başlayır. Bu səbəblə uşaqlar danışmağa başladıqdan sonra onlara kəlimeyi-tövhid öyrədilərək, sual cavablı təlqinlərlə din təhsilinin başladılması lazımdır. Allah, peyğəmbər və mələk kimi ifadələri uşağın yanında mütəmadi olaraq isitfadə etmək və onun dərk etməsi üçün səy göstərmək lazımdır.
4-5 YAŞ ARASI.
Uşaqların sevgiylə əlaqədar anlayışları öyrəndiyi bu yaşlarda, Allahın qullarını nə qədər çox sevdiyini və qullarına vermiş olduğu nemətlərlə bunu bizlərə necə göstərdiyini izah etmək lazımdır. Məktəbdən qabaqki təhsildə nağılların və dini hekayələrin rolu böyük olduğundan, doğru davranışları və dini bilikləri bu yolla öyrətmək daha asan qəbul edilir. Ayrıca bu yaşdakı uşaqlara ibadət və dua kimi qavramlar maraqlı gəldiyinə görə, bu mövzularda ata-ananı təqlid etmələrinə icazə vermək lazımdır. Uşağın yanında namaz qılmaq, məscidə gedərkən onu da aparmaq, yeməklərdən əvvəl və sonra verdiyi nemətlərə görə Allaha səsli olaraq şükr etmək, namazlardan sonra yenə səsli olaraq dua etmək uşağı Allaha yaxınlaşdırır.
Digər tərəfdən araşdırmalar, məktəb yaşına çatmamış uşaqlarda ölüm qorxusunun daha çox olduğunu göstərir. Bu yaşdakı uşaqlar, əvvəlcə ata- anasının, daha sonra özünün öləcəyini düşünərək qorxmağa başlayar. Ölüm qorxusunun tək çarəsi isə uşağa axirət inancını aşılamaq, o biri dünyanın sevdikləriylə birlikdə olacağı gözəl bir yer kimi təsəvvür edilməsini təmin etməkdir.
Gördüyü hər şeyin insan əliylə yarandığını düşünən uşağın, Allahı böyük bir insana bənzətməsini və bu istiqamətdə suallar soruşmasını da anlayışla qarşılamaq lazımdır. Ancaq bu nöqtədə “Allah baba” ifadəsini istifadə etmək ya da “Allah səmada oturar, cənnətdə oturar” şəklində İslam etiqadına zidd cavablar vermək də uyğun görülmür. Allahın maddi varlıq olmadığı, bu səbəblə də maddi varlıqların xüsusiyyətlərinə sahib olmadığını ona uyğun bir dillə açıqlamaq lazımdır.
6-7 YAŞ ARASI
Bu yaşdakı uşaqlarda özlərini böyüklərə və xüsusilə də ata-anaya bəyəndirməyə çalışmaq daha çox gözə çarpmaqdadır. Bu səbəblə, 6-7 yaşlarındakı uşaqların ibadətlərini, dua və şükür etmələrini sözlə ya da kiçik hədiyyələrlə təqdir etməkdə fayda vardır.
8-9 YAŞ ARASI
Uşaq , mücərrəd düşünmə və ya vicdan mühakimə etmə bacarıqlarını bu yaşlarda qazanır. Bu səbəblə səkkiz yaşına qədər uşağa cəhənnəm, günah-savab kimi anlayışlardan bəhs etməmək, etdiyi səhvlərin günah olduğunu söyləməmək lazımdır. Ayrıca bu yaşlarda ata- anasıyla oyun oynamağı tərk edən uşaq, artıq yoldaşlarıyla vaxt keçirməyə, televiziya izləməyə və onlarla oynamağa başlayır. Bu səbəblə din təhsilinin oyunlarla, kitablarla, cizgi filmlərlə və bulmacalarla verilməsi də uyğun bir üsuldur.
10-14 YAŞ
Bu dövrdə gördüyü hadisələri tənqidi düşünən və sorğulayıcı rəftar etməyə başlayan uşaq, xüsusilə ailə fərdlərinin söylədiklərinə qarşı daha reaksiyalı və şübhəçi yaxınlaşa bilər. Bu səbəblə, bu yaşlarda veriləcək din təhsilinin ailə fərdlərindən çox yoldaş ətrafına, məscid və məktəb dərslərinə buraxılması tövsiyə edilir.
Allahı sevdirmək üçün beş duyğu modeli
Psixiatr Doktor Mustafa Ulusoy, “Yaxınlıq” adlı kitabının “Uşaq və Allah” başlıqlı hissəsində, xüsusilə 3-4 yaşındakı uşaqlara Allahı izah etmək üçün beş duyğu modelindən bəhs edir. Hər həftə və ya hər ay bir duyğu orqanının istifadəsinə yönələn uşaq, beş duyğusundan da istifadə edərək kainatla və obyektlərlə daha yaxın bir əlaqə qurduğu kimi, konkret obyektlərdən yola çıxaraq Yaradıcının varlığını və onun xüsusiyyətlərini də öyrənmiş olur.
İlk həftə olan görmə həftəsində uşaqlara gözün funksiyası izah edilir. Kainatdakı gözəlliklər danışılır. Çiçəklər, günəşin batışı kimi xoşuna gələcək şeylərə diqqətinin yönəlməsi təmin edilir. Eşitmə həftəsində, uşaq və ailə bir həftə boyunca kainatdakı səslərə qulaq kəsilir. Dalğa səsləri, küləyin uğultusu, qapı qıcırtısı, çay suyunun qaynaması kimi. İyləmə həftəsində isə çiçəyin, dənizin, torpağın, xoşuna gələcək yeyəcəklərin özünə xas bir qoxusu olduğundan bəhs edilir. Bunları Allah nə gözəl yaratmış, bununla bizə nə qədər sevgi və dəyər verdiyini göstərir şəklində şərhlər edilir. Eyni şəkildə toxunma və dadma həftəsində da uşağın , varlıqların bir-birindən fərqli quruluşlarına və dadlarına diqqət kəsilməsi təmin edilir.