• 22 Noyabr 2024

Evliliyin faydaları

evlilikXoşbəxtliyi dadma duyğusu insanın təbiətində vardır və evliliyin əsas prinsiplərindən biridir. İslam dini bu xoşbəxtliyin evlilik sayəsində meydana gələcəyini bəyan etməkdədir. Evlilik, qadın və kişinin birlikdə xoşbəxtliyə və rahatlığa qovuşduğu bir vasitədir.

Ən gözəl şəkildə təbii ihtiyaçlarımızı qarşılayan məhz həyat yoldaşlarımızdır. Maddi dostluqlar içində ər-arvadın sevgi və məhəbbətindən başqa bütün dostluqlar, sevgilər məhduddur. Amma ər-arvadın bir-birlərinə olan  sevgi və məhəbbətinin sərhəddi yoxdur və sonsuzdur. Ər-arvadın bir-birinə olan sevgi və məhəbbətləri birliyi təmsil etməkdə, iki adam sanki bir-birinə qarışmaqda bir olmaqdadır. Onlar sanki bir bütündürlər. Bir-birini tamamlayan iki varlıqdırlar. Hz. Əlinin (ə.s) buyurduğu kimi: “Evlilik iki bədəndə tək bir ruhdur”. Ortaq hədəfləri vardır və bir-birlərinə, başqalarına olan ehtiyaclarından daha çox ehtiyac duymaqdadırlar. Evlilik həyatı, yalnız ehtiraslardan ibarət deyildir. Evlilikdə bundan daha üstün ideallar vardır. Evlilik insanın təklikdən xilas olmasının, dincliyə qovuşmasının təminidir. Evlilik səmimiyyətin və sevginin paylaşıldığı bir mühitdir. Evlik cütlüklərin bir-birlərini tamamlayaraq gözəl bir gələcəyə doğru addım atmalarıdır.

Evliliyin ən əsas hədəflərindən biri, həm kişinin, həm də qadının kamala və kamilliyə birlikdə çatmalarıdır. Evlilk ailə yuvasının o isti və sevgi dolu mühitində olan duyğuların və düşüncələrin ortaya qoyulmasını, ictimai, mədəni və mülki yetkinləşməni təmin edər. Heç bir insan tək başına kamala çata bilməz. Əlbəttə, ən səmimi olan yoldaşlar bir-birlərinə istər-istəməz təsir edəcəkdir. İnsan kamala çatmaq istəyən bir varlıqdır və hər zaman “ən yaxşı” olmağı arzulamakdadır. Ailə mühiti, şəxslərin öz səhvlərini görmələrini daha yaxşı təmin edəcək, istər-istəməz məntiqli bir şəkildə tənqid olunan mövzular ortadan qalxacaq və yerini yeni və gözəl davranışlara buraxacaqdır. İnsan hər nə qədər elm, iman, və əxlaqi gözəlliklər sahibi olsa da evlənmədiyi müddətcə o, kamala və kamilliyə çata bilməz.

Kişi və qadının birlikdə meydana gətirdikləri evlilik həyatlarında bir-birlərini qoruyaraq , bir-birlərinə yol göstərərək hər cür həyati çətinliklərin öhdəsindən gələ bilərlər və bu vəziyyət isə onların daha da yetişməsini təmin edər.

Buna görə də insanın təqvalı, səbirli, mətanətli, vüqarlı, duyğulu, həssas düşüncəli, anlayışlı, comərd, iffət sahibi, dindar bir yoldaşa sahib olması onun üçün ən tapılmaz bir nemətdir. Çünki ancaq səbirli, təmiz, həyalı, mətanətli insanlar evlilikdə hər cür çətinliklərin öhdəsindən gəlməyi bacarırlar. Cahil, axmaq, səbirsiz, əxlaqsız insanlar isə ancaq bir birlərinin irəliləməsi yerinə geriləmələrinə səbəb olmuş olarlar. Heç bir şeyə səbri olmayan bir adamın evlilikdə ortaya çıxan çətinliklər qarşısında öz hisslərinə qapılaraq evini tərk etməsi, həyasız bir insanın hər cür həyasızca işləri etməyə səy göstərməsi əlbəttə ki, qaçınılmazdır.

Uca kitabımız Qurani kərimdə Allahu təala qadın və kişini “Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)”.(Bəqərə 187) deyə bildirməkdədir.

Evlənən insan uca Allahın (cc) və peyğəmbərlərin məmnuniyyətini qazanar və ilahi buyruq olan evliliyi yerinə yetirmiş olar.

Evlilik , insanın üzərinə uca Allahın (cc ) rəhmət qapılarının açılmasını təmin etməkdədir.

Rəsulullah ( səv) belə buyurmuşdur: “Qul evləndiyi zaman dininin yarısını kamala çatdırmış olar. Dininin digər yarısını qorumaq üçün də Allahdan qorxmalıdır”.

İmam Sadiq (ə.s) belə buyurmuşdur: “Hər kim kasıblıq qorxusuyla evlənməzsə əziz və cəlil olan Allaha qarşı pis fikirdə olmuş olar. Halbuki əziz və cəlil olan Allah belə buyurmuşdur: “Əgər onlar yoxsuldurlarsa , Allah onları lütfü ilə zəngin edər”6.

İnsan maddi imkansızlıqları düşünərək evlənməyi gecikdirməməlidir. Texnologiyanın ağla sığmayan bir sürətlə inkişaf etdiyi günümüzdə və insanların istəklərinin çılgınlaştığı bir cəmiyyətdə gənclərimizin nə edəcəyi, necə davranacaqları və qarşılarına nə kimi problemlərin çıxacağını bilmək əlbəttə ki,asan olmur. Əgər hadisələrə, çətinliklə deyil anlayışla, israfla deyil iqtisatla yanaşsaq hər zaman qazanclı çıxarıq. Hadisələri böyütməmək, məntiqli yaxınlaşmaq, çətinləşdirici olmaq yerinə asanlaşdırıcı olmaq məcburiyyətindəyik. Allahu təalanın hər zaman bizimlə birlikdə olduğunu hiss etməli və bizə kömək edəcəyini unutmamalıyıq. Əgər bəyəndiyimiz insan islami adət ənənələri razı olan bir kimsədirsə, bizə uyğunluğunu ailəmiz və özümüz də qəbul ediriksə, danışıb anlaşa biliriksə və geriyə yalnız bir maneə olaraq maddi vəziyyətimizi qalırsa əlbəttə burada Allahın vədi reallaşacaq və uca Rəbbimiz bizə öz lütfündən kömək edəcəkdir.

Read Previous

1 dəqiqədə dünyada nələr baş verir? – Maraqlı

Read Next

EVLƏRİMİZDƏKİ ƏN BÖYÜK TƏHLÜKƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.