• 25 Dekabr 2024

EVLƏRİMİZDƏKİ ƏN BÖYÜK TƏHLÜKƏ

Televiyon-Kitle-kontrolHamımızın bildiyi kimi indiki vaxtda demək olar ki, əksər uşaqların və ata-anaların vaxtlarının bir çox hissəsi televiziya qarşısında keçir. Evlərdə, mətbəx də  daxil olmaq üzrə hər otaqda bir televiziya var və hər kəs başqa bir otaqda istədiyi proqramı izləyir. Evlərdə ailə üzvləri başqa işlərlə məşğul olsalar belə televiziya həmişə açıq qalır.

Seyrediləcək proqrama kimin qərar verəcəyi evlərdə əhəmiyyətli bir müzakirə mövzusu halına gəlmişdir. Ata-analarla söhbət edərkən ən çox şikayət olunan mövzulardan birinin də uşaqların çox televiziya izləmələridir

Xüsusilə stol arxasında uzun müddət səbrlə oturmağı bacarmayan, başladığı işi hər zaman yarımçıq buraxan, süfrədə yemək bitənə qədər oturmaqda çətinlik çəkən uşaqların çox uzun müddət televiziya qarşısında olmaları sizləri çaşdırmaqdadır. Televiziyada ən monoton proqramlarda belə , bir görüntünün ekranda qalma müddəti 3 saniyədir. Reklam, maqazin və ya uşaq proqramlarında bu müddət daha da qısadır. Körpələrin televiziya qarşısında xüsusilə reklamları dayanıb diqqətlə izlədiklərinin hamımız şahidi olmuşuq. Bu səbəblə televiziya izlərkən lazım olan diqqət müddəti onsuz da ən çox 3 saniyədir. İzlənilən şey hər 3 saniyədə bir dəyişdiyi üçün televiziya izləmək uzun müddət zehni səy və diqqət tələb edən bir fəaliyyət deyil. Bu səbəbdən də uşaqlarımız saatlarla televiziya qarşısında otura bilirlər. Halbuki, oxumaq, çalışmaq və sinifdə dərs dinləmək uzun və davamlı konsentrasiya tələb edir.

 

Uzun müddət televiziya izləmənin zərərləri :

 

Diqqət problemləri məktəb çağındakı uşaqlar arasında getdikcə daha sıx olaraq görülməkdədir. Aparılan araşdırmalar nəticəsində çox televiziya izləyən uşaqlarda diqqət problemlərinin olduğu ortaya çıxmışdır. Uşaqların televiziya izləmə saatları azaldıldığında onların daha diqqətli olduqları bildirilmişdir.

Televiziya başında keçirilən uzun müddət; ailə fərdlərinin bir birindən uzaqlaşmasına, uşağın ata-anadan görməsi lazım olan maraq və sevginin azalmasına, ata-ana ilə əlaqələrin pozulmasına, məsuliyyətlərin yerinə yetirilməsində laqeyd yanaşmalara, dilin inkişafı və kəlimələri istifadə etməkdəki problemlərə, düşünmə bacarığındakı geriləməyə, şiddətə meylli olmağa, qorxuların artmasına, ictimailəşmənin əvəzinə təkbaşınalığın meydana gəlməsinə səbəb olmaqdadır.

Hər 3-5 saniyədə bir dəyişən, davamlı hərəkət və canlılıq ehtiva edən televiziya proqramlarını çox izləyən uşaqlar dünyalarının da eyni şəkildə olmasını istəyirlər. Zamanlarının çox hissəsini televiziya başında keçirən uşaqlar üçün, ev və sinif mühiti onlara çox darıxdırıcı gəlməyə başlayır. Televiziya xaricində öz özünü əyləndirməkdə, oyun qurub oynamaqda ya da keyfiyyətli və maraqlı zaman keçirməkdə çətinlik çəkən uşaqların sayı gündən günə artmaqdadır. Uşaqlarımızın televiziyada baxdıqları hər hansı bir proqrama təkrar baxdıqlarını, eyni cizgi film CD-lərini dəfələrlə seyr etdiklərini hamımız bilməkdəyik. Bunu da unutmamaq lazımdır ki, uşaqların seyr etdikleri hər hansı bir proqramın sənədli filmlər kimi məlumatverici bir xüsusiyyəti olmadığı müddətcə təkrar təkrar seyredilmesinin onlara qazandıracağı heç bir şey yoxdur.

 

Ata-ana olaraq bu mövzuda edə biləcəklərimiz :

 

Uşaqlarımızın televiziyada izlədikləri proqramlardan xəbərdar olamlıyıq, tez-tez onlarla birlikdə oturub eyni proqramları seyretməli və izlədikləri proqramlar haqqında onlarla  danışmalıyıq. İzləmə mövzusunda onların seçici olmalarını təmin etməli, ard-arda davam edən cizgi filmlərinin hamısını seyr etmək əvəzinə həqiqətən sevdikləri və maraq göstərdikləri  cizgi filmlərini izləmələrini təmin etməliyik. Seyr etdikləri program bitdiyində televiziyanı bağlayıb onlarla fərqli bir fəaliyyətə başlamalıyıq. Yemək yeyərkən, oyun oynayarkən, stol arxasında hər hansı br işlə məşğul olarkən televiziyanı açıq qalmamasına diqqət etməliyik.

Yuxarıda sadaladığımız bu mövzulara diqqət etmiş olsaq faydasını mütləq bir şəkildə görəcəyimizdən heç şübhəmiz olmamalıdır. Evimizdə hər zaman çalışmalıyıq ki, bütün ailə yemək süfrəsi arxasında bərabər otursun.  Ailə fərdlərinin sevinc içində söhbət edəcəkləri, ünsiyyət quracaqları məkanlar olsun. Halbuki televiziya qarşısında yeyilən yemək buna çox böyük maneə törətməkdədir. Televiziya arxasında keçirdiyimiz vaxtı məhdud tutmağımız, televiziyaya alternativ ola biləcək əyləncəli fəaliyyətlərin siyahısını birlikdə hazırlamağımız və övladlarımızla onların xoşlanacağı fəaliyyətlərdə birlikdə keyfiyyətli zaman keçirməyimiz lazımdır.

Oyun oynamaq ailə içi əlaqələrin xüsusiyyəti baxımından çox faydalı olmaqda, qarşılıqlı duyğu və düşüncələrin paylaşılmasında böyük əhəmiyyət kəsb etməkdədir. İndiki zamanda televiziyada seyredəcəklərini qaçırmamaq üçün ev xarici proqramlara qatılmaq istəməyən və ya günlük rejimini serial saatlarına görə proqramlaşdıran, yoldaşları ilə görüşüb oynamağı rədd edən, gəzməyə aparıldığında reaksiya verən, erkən yatmağa müqavimət göstərən, səhər məktəbə gedərkən hazırlanmaqda çətinlik çəkən uşaqların sayı az deyil. Televiziyanı otağın ən cazibədar yerinə koymamağımız, beynimizin dinlənməsi üçün bir vasitə olaraq görməməyimiz, uşaq baxıcısı və susturucusu olaraq işlətməməymiz lazımdır.

 

Read Previous

Evliliyin faydaları

Read Next

Azərbaycanda yenilik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.