• 22 Noyabr 2024

Ana bətnində meydana gələn rüşeymi abort adı verilən tibbi bir əməliyyatla məhv etmək caizdirmi

imagesSUAL: Ana bətnində meydana gələn rüşeymi abort adı verilən tibbi bir əməliyyatla məhv etmək caizdirmi?

Cavab: Abort, lüğətdə “qazımaq” deməkdir. Bir tibb termini olaraq isə hamiləliyin ilk üç ayında rüşeymin ana bətninin iç pərdəsi qazınarak məhv edilməsini ifadə edər.

Hamiləliyə nəzarətin və buna bağlı olaraq abort əməliyyatının qərb ölkələrində yayılması İngilis iqtisad alimi və bir Anqlikan rahibi olan Thomas Robert Malthusun (1766-1834) qarşıya qoyduğu “qida maddələrinin artan dünya əhalisini bəsləyəməyəcəyi” narahatlığına söykənər. Bu nəzəriyyəyə görə, dünya əhalisi davamlı olaraq artmaqda lakin bəslənmə qaynaqları sabit qalmaqdadır. Bu vəziyyət gedərək dünya cəmiyyətlərini aclığa aparır. Malthus nəzəriyyəsi şərq və qərbdə tənqidlərə uğramış və yersiz bir narahatlıqdan ibarət olduğu aşkarlanmışdır.

Malthusun “yoxsulluq və ac qalma” narahatlığı İslamın ruzi inancı ilə ziddiyyət təşkil edir. Dünyada bütün canlıların ruzisini uca Allah (cc) verməkdədir. Qurani kərimdə Allahu təala belə buyurur : “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)”.(Hud surəsi 6 )

“Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!.” (Əl-İsra 3)Hz. Peyğəmbər (səv) bir hədisi şərifində ana bətnindəki rüşeymə ruh üflənmədən əvvəl onun dünyaya gəldikdən sonra işləyəcəyi əməllər, ruzisi, əcəli əzəli elmdən rüşeymin bioloji quruluşuna bir mələk vasitəçiliyi ilə çatdırıldığını bildirmişdir. (Buxari, Bedüll – Xalq, 6; Müslim, Qədər, 1, 2)

Ana bətnindəki rüşeymin məhv edilməsini qadağan edən bir başa bir ayə və ya hədis yoxdur. Ancaq hamilə qadının döyülməsi və ya öldürülməsi vəziyyətində ölü olaraq düşən döl üçün “gurrə” deyilən bir cəza sünnə ilə sabitdir. Gurre; diyetin iyirmidə biri qədər bir təzminat cəzasıdır.

Üzvlərin meydana gəlməsindən ruh üflənincəyə qədər olan dövrdə səbəbsiz yerə rüşeymin məhv edilməsi isə həm caiz deyil və həm də “gurrə” cəzasını tələb edilir. Ancaq qadının sifilis, xərçəng, iflic və ürək xəstəliyi kimi doğum etməsini riskə soxan ya da ananın həyatını təhlükəyə soxan xəstəliklər varsa bunlar uşağın aldırılması üçün üzr sayılar. (Fətava əl – Hindiyyə, V, 356 ; İbn Abidin, age, II, 380)

Mənbə:

ilmihal.altinoluk.com

Read Previous

Ana bətninə hər hansı bir tibbi vasitə yerləşdirmək və ya uşaqlıq yolunu bağlatma deyilən yöntəmlərlə hamiləliyə mane olmaq caizdirmi? Belə yöntəmlər qadının güsulunu və ya orucunu pozarmı?

Read Next

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında protokol imzalandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.