• 21 Dekabr 2024

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında protokol imzalandı

53435Bu gün Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı İqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının III iclası keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat və sənaye naziri, Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr 21 il əvvəl qurulub. Onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında indiyədək ümumilikdə 10 sənəd imzalanıb. Nazir qeyd edib ki, Azərbaycanda Səudiyyə Ərəbistanı kapitallı 6 şirkət fəaliyyət göstərir və iki ölkə arasında ticarət dövriyyəsi 368 milyon ABŞ dolları təşkil edir. Şahin Mustafayev həmçinin Səudiyyə İnkişaf Fondunun Xırdalan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına 35 miyon dollar vəsait ayırdığını bildirib. Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun sədri, Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd əl-Osman da öz növbəsində Azərbaycanı beynəlxalq tədbirlərdə, həmçinin İslam Konfransı Təşkilatında hər zaman dəstəklədiyini bildirib. İki ölkə arrasında iqtisadi əlaqələrinin istənilən səviyyədə olmadığını diqqətə çatdıran Əbdüllətif bin Əhməd əl-Osman ölkələr arasında bir neçə sənəd imzalandığını deyib. Əbdüllətif bin Əhməd əl-Osman həmçinin əlavə edib ki, yaxın zamanlarda ölkələrimiz ikiqat vergitutmanı aradan qaldırılacaq. Qeyd edək ki, sonda Azərbaycan höküməti və Səudiyyə Krallığı höküməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyat, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Müştərək Komissiyanın həmsədrləri- İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qrumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman imzalayıb. Protokola əsasən, iki ölkə arasında iqtisadi-ticarət və investisiya, sənaye energetika, kənd təsərrfütı, bank və maliyyə, mədəniyyət və turizm, təhlükəsizlik, idman və gənclik, elm və təhsil, səhiyyə, mətbuat, hava əlaqəsi, hüquq-müqavilə bazasının genişləndirilməsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Mənbə:

ANSPRESS

Read Previous

Ana bətnində meydana gələn rüşeymi abort adı verilən tibbi bir əməliyyatla məhv etmək caizdirmi

Read Next

MƏKTƏB QİYMƏTLƏRİ UŞAQLARIN HƏYATINDA ÖNƏMLİ YER TUTUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.