Terror dövləti İsrailin keçmiş baş naziri Arial Şaron, 8 ildir yatağa bağlı yaşayaraq sanki ölümlə çırpışmaqdadır. Akit-in verdiyi xəbərə görə, 4 yanvar 2006 tarixində beyin qanaması keçirərək komaya girən qatil Şaron, 31 oktyabr 2008 tarixindən bu yana süni həyatda ölümlə savaşır. Həyatdan qopuq bir şəkildə yatağa bağlı olaraq yaşayan Şaron, ailəsi tərəfindən belə tərk edilərək, bu dünyada sanki cəhənnəm həyatı yaşayır. 1982-ci ildə Livana açdığı savaşı icra edən və dövrün İsrail Müdafiə naziri “Fələstin Qəssabı” Şaron, Livandakı Səbrə və Şatilla mühacir düşərgələrinə girərək 3 min 500-dən çox günahsız Fələstinli vətəndaşı qətlə yetirmişdi. Əlində minlərlə Fələstinli müsəlmanın qanı olan qatil Şaronun, düşdüyü bu vəziyyət “ilahi ədalət” olaraq şərh olunur. Hələ də Qüdsdə Ein Kerem Xəstəxanasında ölümlə pəncələşən Şaron, müxtəlif fəsadlar səbəbiylə indiyə qədər bir çox dəfə əməliyyat oldu. Amma heç bir əməliyyatda ən kiçik bir irəliləmə yaşamayan Şaron, müəyyən aralıqlarla başından əməliyyat edilir. Daha sonra da bu əməliyyata görə ortaya çıxan dəliyin bağlanılması üçün yenidən əməliyyata alınır, tez-tez kəsilib biçilir. Ayrıca nəfəs borusuna yerləşdirilən bir boru köməyi ilə nəfəs ala bilən Şaron, bu borunun dəyişdirilməsi üçün də müəyyən aralıqlarla əməliyyata alınır. Əlində minlərlə Fələstinli Müsəlmanın qanı olan Ariel Şaronun, süni həyatda illərini keçirir olması özü ilə bərabər bir çox fikirlər irəli sürür. Dünya ictimaiyyətində bir çox sayda insan, Ariel Şaronun başına gələnlərin İlahı Ədalətin bir təcəllisi olaraq şərh edir.
MƏNBƏ: