• 22 Dekabr 2024

CAMAATİ İSLAMİ LİDERİ ABDÜLKADİR MOLLA EDAM EDİLDİ

96429371_Abdulkadir_MollaBanqladeş televiziyaları, Mollanın Dakkadaki bir həbsxanada edam edildiyini eşitdirdi. Mollanın asıldığı, adını açıqlamaq istəməyən bir kəşfiyyat səlahiyyətlisi tərəfindən də təsdiqləndi.

Ölkənin 1971-ci ildə Pakistana qarşı müstəqillik mübarizəsində işlənən cinayətlərin araşdırılması üçün Banqladeş hökuməti tərəfindən 2010-ci ildə qurulan Beynəlxalq müharibə cinayətləri Məhkəməsində mühakimə olunan Molla, 344 silahsız vətəndaşın öldürülməsini azmettirmək daxil, haqqında irəli sürülmüş altı ittihamın 5-dən hökm oxunaraq 5 Fevral 2013 tarixində ömür boyu həbsə məhkum edilmişdi.

Banqladeşin İslami dəyərləri müdafiə edən ən böyük partiyası olan Camaat-i İslami partiyasının  ümumi sekretar Köməkçiliyini icra edən Molla, ittihamları rədd etmiş və haqqında verilən ömür boyu həbs cəzasının ləğvi üçün Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Beynəlxalq müharibə cinayətləri Məhkəməsinin hökmünü təsdiqləyən apelyasiya məhkəməsi, 17 Sentyabrda Mollaya verilən ömür boyu həbs cəzasını edama çevirmə qərarı almışdı.

Camaat- i İslami, edam cəzasının siyasi bir qərar olduğunu ifadə edərək, Mollanın infazının qorxunc nəticələr doğuracağı xəbərdarlığını etmişdi.

BMT İnsan Haqları Ali Komissarı Pillay da Mollanın edam cəzasının beynəlxalq standartları karşılamadığını ifadə etmiş, icranın dayandırılmasını bəyan etmişdi.

Pakistanın paytaxtı İslamabadda Bangladeşdə Camaat-i İslami Partiyası liderlərindən Abdulkadir Mollanın edam qərarı etiraz edildi. Apara Çokta toplanan Camaat-i İslaminin Pakistan üzvləri yolu kəsərək rezin təkərlər yandırdı. Təxminən 100-ə qədər etirazçı Banqladeş Konstitusiya Məhkəməsi əleyhinə şüarlar ataraq 3 kilometr uzaqlıqdakı Elçilikler olan bölgəyə getdi.

Ailə üzvlərinin verdiyi məlumata görə, Abdülkadir Molla, edamdan əvvəl, “Mən yalnız İslami bir partiyanın lideri olduğum üçün öldürülürəm. Mən heç bir cinayət işləmədim. Yalnız bir Müsəlman olduğum üçün asılmaqdayam. Bu hökumət mənim bu cinayətlərdən heç birini işləmədiyimiz çox yaxşı bildiyi halda məni öldürür. Yalnız camaat-i İslaminin lideri olduğum üçün”.

MƏNBƏ: AA

Read Previous

SURİYADA KÖRPƏ UŞAQLAR DONARAQ HƏYATINI İTİRİR

Read Next

İSRAİLİN KEÇMİŞ BAŞ NAZİRİ ARİAL ŞARON ETDİKLƏRİNİN CƏZASI OLARAQ İLLƏRDİR SÜNİ HƏYATDA ÖLMƏYİ GÖZLƏMƏKDƏDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.