Suriyanın Rastan şəhərində şiddətli soyuq səbəbiylə həyatını itirən bir körpənin görüntüləri internetdə paylaşıldı.
Orta hesabla hər gün onlarla insanın müxtəlif səbəblərdənhəyatını itirdiyi Suriyadan dəhşətli görüntülər ortaya çıxır. Suriya Dövlət Başçısı Bəşər Əsəd rəhbərliyinə aid təyyarə və tanklar, xalqın yaşadığı bölgələrə bomba yağdırmaqda davam edərkən Suriya xalqı aclığın və soyuğun şiddətini yaşayır.
Qış aylarının gəlməsiylə birlikdə Suriyanın Rastan şəhərində soyuqdan qorunma imkanı olmayan 1 yaşındakı uşaq donaraq can verdi. Əsəd güclərinin nəzarəti altında olan bölgələrə qida paylanılmasının qadağan olması səbəbindən aclıq və susuzluqdan həyatını itirən xalq, indi də tamamilə xarabaya çevrilmiş şəhərlərdə isinmə imkanının olmaması səbəbindən öldürücü soyuqla qarşı-qarşıya qalmaqdadır.
Mənbə: