Suriya İnsan Haqqları Təşkilatının (SNHR) hazırladığı hesabatda, rejimin ölkə daxilində müxaliflərin olduğu bölgələrə 1425 bomba atması nəticəsində 240-ı uşaq olmaqla bərabər 1179 adamın həyatını itirdiyi ifadə edildi.
Rejimin atdığı bombaların partlaması nəticəsində ölkə daxilində ev, məktəb, məscid və kilsələrin də aralarında olduğu ən az 5400 binanın yıxıldığı bildirildi.
SNHR, rejimə bağlı vertolyotların bazar günü Halepin dəyişik məhəllələrinə 10-dan çox bomba atması nəticəsində 100-dən çox adamın öldüyünü vurğuladı.
SNHR direktoru Fadl Abdulgani, rejimin bu cür silahları istifadə etməsinə digər dövlətlərin susqun qalmasının beynəlxalq humanitar hüququn bir çox əhəmiyyətli qanununun çöküşünə səbəb olacağına işarə etdi.
MƏNBƏ: