• 22 Dekabr 2024

OĞLAN UŞAQLARINA QIZ UŞAQLARINDAN DAHA ÇOX ƏHƏMİYYƏT VERMƏK CAİZDİRMİ?

ilk-cocuklar-neden-basarili-1350Bəzi bölgələrdə oğlan uşaqları qız uşaqlarından üstün tutulur. Sevgi göstərmək, maraqlanmaq, mal bağışlanmaq kimi mövzularda ona qız uşağından daha çox əhəmiyyət verilir. Bu caizdirmi?

Kişini və qadını yaradan, istədiyinə ancaq oğlan, istədiyinə də qız uşağı verən uca Allahdır. Bu mövzuda doğuma qədər aparılan müzakirə, Allahın iradəsinə müdaxilə mənasına gələr. Allahu təala doğulan hər uşağa cinsiyyət ayrı-seçkiliyi qoymadan bərabər davranmağı istəməkdədir. Çünki ədalətli olan Allahu Təala, insanların da ədalətli davranmasını əmr edir. “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! ( ən-Nəhl 90) Hətta qəlbdə gizli qalan sevgidə belə bu ədalətin qorunması hədəflənər. Belə ki, Əbu Hüreyrə (ra)-ının nəql etdiyi bir hədisdə belə buyurular : Hz. Peyğəmbərin yanına bir adam gəlmişdi. Yanında da bir uşaq vardı . Adam uşağı öpməyə başlayınca Allahın elçisi; “Ona qarşı mərhəmətlisənmi”? Dedi. Adam “Bəli” deyincə də Rəsulullah (sas ) belə buyurdu: “Uşağa olan şəfqətinlə sən də Allahın mərhəmətinə layiqsən. Çünki Allah rəhm edənlərin ən rəhmlisidir”. Ənəs b. Malik (ra)-ın rəvayətində isə bu əlavə vardır : Adam uşağını öpüb dizində oturtdu. Bu arada bir də qızı gəldi, onu isə önünə oturdanda, Allahın elçisi belə buyurdu: “Aralarında bərabər rəftar etməlisən”. (Buxari, Ədə, 12, 13)

Oğlan uşaqlarına görə daha çox şəfqət və qorunmağa möhtac olan qız uşaqları üçün Allahın Rəsulu belə buyurmuşdur: “Kimin üç qızı olarsa bunlara səbr edər və onları geyindirərsə, həmin uşaqlar ona atəşdən qoruyucu bir pərdə olarlar”.(İbn Macə, Ədəb, 3) “Kimin üç qızı və ya üç bacısı olar və bunlara yaxşı rəftar edərsə Cənnətə girər”. (Əbu Davud, Ədəb, 130 )

Ənəs b. Malik (ra)-dan Allahın elçisinin belə buyurduğu nəql edilmişdir: Bir kimsə yetkinlik çağına çatmalarına qədər iki qız uşağının baxım, tərbiyə və yetiştirilmələrini üstünə götürər və buna əməl edərsə, o kimsə qiyamət günündə Allahın hüzuruna mənimlə birlikdə gələcəkdir. Bu vaxt Hz. Peyğəmbər iki barmağını yan-yana gətirib işarə etmişdir. (Müslim, Birr, 149) Hz. Peyğəmbər, Süraka İbn Cuşümə belə demişdir: “Sənə ən üstün sədəqənin hansı olduğunu xəbər verimi”?. Sürekâ “Bəli” deyincə, Allahın elçisi; “Boşanmaq və ya əri ölmək surətiylə sənə dönən və səndən başqa sığınacağı kimsəsi olmayan qızındır”. buyurmuşdur. (İbn Macə, Ədəb, 3)

Bir kimsə sağlığında ikən malını istədiyi kimsəyə bağışlaya bilər. Ancaq bütün sərvətini başqalarına paylayaraq mirasçılarını yoxsul buraxması üstün bir davranış olmadığı kimi, bəzi övladlarına mal verib digərlərini məhrum etməsi də harama yaxın məkruh sayılmışdır. Oğlan və qız uşaqları arasında hədiyyədə ayrı-seçkilik edilməsi da belədir. Çünki uşaqlar arasında ayrım etmək fitnəyə gətirib çıxarar və hədiyyə edilməyən və ya az hədiyyə edilən uşaqların digərlərinə və ata-anasına düşmən olmasına yol aça bilər. Necə ki Hz. Peyğəmbər belə buyurmuşdur: “Allahdan qorxun və övladlarınız arasında ədaləti davranın”. Başqa bir hədisdə; “Ey ümmətim, Atiyyə və hədiyyə mövzusunda uşaqlarınız arasında bərabərliyi nəzarət edin. Mən uşaqlardan birini üstün görəcək olsaydım qız uşaqlarını üstün görər və seçərdim” buyurmuşdur. Başqa bir rəvayət isə belədir; “Uşaqlarınız arasında ədalətli olun”. Bu sözü üç dəfə təkrarlamışdır. (Buxari, Hibə, 12, 13; Müslim, Hibât, 13; Əbu Davud, Buyu, 83; Ab Hənbəl, IV, 275, 278)

Yuxarıdakı hədisin deyilmə səbəbi budur. Bəşir b. Sad əl-Ənsarinin arvadı, oğlu Numan b. Bəşirə; kölə, bağça və s. maliyyə yardım edərək onu digər uşaqlarından ayırmasını və bu yardımı sənədə bağlamaq üçün də Hz. Peyğəmbərin şahid olmasını ərindən istəmişdi. Bəşir (ra), Allahın elçisinə gələrək vəziyyəti izah etdi. Hz. Peyğəmbər , mal bağışlanacaq uşağın qardaşları olub olmadığını soruşdu. Başqa qardaşları olduğunu öyrənincə, onlara da mal verib vermədiyini soruşdu. “Xeyr” cavabını alınca da; “Bu etdiyin doğru deyil. Mən də doğru olmayan bir şeyə şahid ola bilmərəm” buyurdu. Əbu Davudun rəvayəti belədir; “Haqsızlığa məni şahid tutma. Sənə bir yaxşılıq etmələri baxımından uşaqların üzərində sənin haqqın olduğu kimi, ədalətli davranmağın üçün də sənin üzərində onların hüquqları vardır. Allahdan qorxun və övladlarınız arasında bərabər davranın”.(Əbu Davud, Buyu, 83)

MƏNBƏ:

ALTİNOLUK

 

Read Previous

SURİYADA QORXUNC BOMBALAMA NƏTİCƏSİNDƏ 240 UŞAQ OLMAQLA BƏRABƏR 1179 NƏFƏRİN HƏYATINI İTİRDİYİ BİLDİRİLDİ

Read Next

Tarixdə BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.