• 24 Noyabr 2024

Məhəmməd Mürsi edamla üz-üzə

44913Misirin eks-prezidenti Məhəmməd Mürsi casusluqda ittiham olunur. Verilən məlumatlara görə sabiq prezident digər dövlətlərə casusluqda etməklə şübhəli bilinir. Müttəhimlər kürsüsündə Mürsidən başqa “Müsəlman qardaşları” radikal partiyasının rəhbərləri də əyləşib. İslamçıları da digər ölkələrin xeyrinə casusluq etməkdə və dövlətə xəyanətdə ittiham edirlər ki, bu da onları edam edilmək təhlükəsi ilə üz-üzə qoyur. Bu ilin yayında həbsdən qaçma, dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham edilərək həbs edilən Mürsi digər 34 islamçıyla bərabər məhkəmə qarşısında dayanıb. Prokurorun məlumatında deyilir ki, “Müsəlman Qardaşlar”ının Misirdə zorakılıq və terror aktlarının təşkilində əli olub. Bundan başqa islamçılar “Həmas” fələstin islam hərəkatı ittifaqının və “Hizbullah” təşkilatının terror planlarının hazırlanmasında ittiham olunurlar.

mənbə: ans press

Read Previous

KASIB ATANIN “VARLI QIZLARI”

Read Next

ATA-ANAMIZA QARŞI VƏZİFƏLƏRİMİZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.