İngiltərə və Uelsdə 5 yaşından aşağı hər 10 uşaqdan birinin müsəlman olduğu bildirildi. 2011-ci ildə əhalinin siyahıya alınmasından əldə edilən məlumatlara əsasən, 5 yaşından aşağı 3,5 milyon uşağın 320 mini müsəlman ailədəndir.
Oksford Universitetinin demoqrafiya sahəsi üzrə professoru Devid Koleman, İngiltərə mətbuatına verdiyi müsahibədə məlumatların qorxunc olduğunu iddia edərək, uzun illər bir çox müsəlmanın Böyük Britaniyaya köçdüyünü dedi.
Koleman Pakistan, Banqladeş və Hindistandan gələn köçlə yanaşı, Afrika və Yaxın Şərq ölkələrindən də çoxsaylı müsəlmanın son illərdə ölkəyə gəldiyini qeyd etdi.
Həmin məlumatlara əsasən, İngiltərə və Uelsdəki xristian əhalinin sayında 13%-lik azalma müşahidə edildi. Ölkədə 4 yaşına qədər 1,5 milyon uşaq xristian ailəyə mənsubdur.
Böyük Britaniyada təxminən 3 milyon müsəlman yaşayır. Bu rəqəm ümumi əhalinin 5%-ni təşkil edir. Bu sayın 2030-cu ilə qədər 5,5 milyona çatacağı gözlənilir.
Anadolu Agentliyi