• 25 Dekabr 2024

QATİL ARİEL ŞARON NƏHAYƏT ÖLDÜ. BƏS GÖRƏSƏN ARİEL ŞARON KİMDİR?

images2İsrailin uzun illərdir komada yaşayan köhnə baş naziri Ariel Şaron həyatını itirdi.Bir ay əvvəl təcili olaraq əməliyyata alınan İsrailin Köhnə Baş naziri və minlərlə fələstinlinin həyatını itirdiyi Səbrə və Şattila qırğınlarının məsulu Ariel Şaron öldü.85 yaşındakı Şaron, 4 Yanvar 2006-cı ildə keçirdiyi beyin qanamasının ardından komaya girmişdi. Qəssab olaraq xatırlanan Ariel Şaron KİMDİR? Təqaüdçü general və eyni zamanda ana müxalifət partiyası olan Kadima Partiyasının qurucusu olan Ariel Şaron 14 yaşında İsrail ordusuna girdi. Ordu bünyəsində xüsusi komando birliyi quraraq ölkə təhlükəsizliyinin qorunmasında mühim bir vəzifədə işlədi. Bu vaxt Tel Aviv Universitetində hüquq təhsili aldı.Ariel Şaron daha 25 yaşındaykən ona tabe olan  əsgərləri ilə həyata keçirdiyi Kibya qırğınına öz imzasını atdı. Kibyada yıxılan evlərin sayı 56 olaraq təsbit edildi. Eyni hücumda ayrıca bir məscid, iki məktəb və bir su anbarı da yerlə bir edildi. Bu qırğına şahidlik edən Fələstinlilərin verdikləri məlumata görə Şaronun əmrindəki ordu Kibyadaki bütün evləri dinamitlərlə partlatdı və evlərdən çıxardıqları Fələstinliləri gülləyə düzdü. HƏR KƏSİ öldürün 60 günahsız Fələstinlinin öldüyü hücum da Şaronun rəhbərlik etdiyi “101 birliyi” olaraq xatırlanan birliyə “hər kəsi öldürün” əmri verdiyi tarixçilər tərəfindən iddia edilir. İsrail Beynəlxalq Təhlükəsizlik Şurası 101 saylı qərarı çıxardaraq , qırğını yalnız qınamaqla kifayətləndi. Günahkarların məhkəməyə verilməsi istəyi həyata keçirilmədi. 1973-cü ildə İsrail qanunvericilik orqanı olan Knessetinə seçildikdən bir il sonra istefa etdi. O dövrlərdə Baş nazir olan İzak Rabinin təhlükəsizlik müşaviri vəzifəsini icra etdi. 1982-ci ildə isə müdafiə naziri oldu. Müdafiə naziri olduğu ilk ildə, İsrail ordusuna Fələstin qaçqın düşərgələrini yerlə bir etmələri üçün əmr verdi. 16 Sentyabr 1982-ci ildə, Şaronun əmri ilə İsrail ordusunun göstərdiyi yoldan irəliləyən həddindən artıq sağçı Xristian Falanjist milislər Livanın paytaxtı Beyrutun cənubunda olan Səbrə və Şatilla Fələstin qaçqın düşərgələrinə İsrail ordusunun əmri və nəzarəti altında hücum etdi. Bir çoxu qadın və uşaq olmaqla müdafiəsiz minlərlə Fələstinlini vəhşicə qətl etdilər. Ariel Şaronun əmrindəki İsrail ordusu beynəlxalq müqavilə ilə qoruma altına alınmış Səbrə və Şatilla düşərgələrini mühasirəyə alaraq düşərgələrdəki Fələstinlilərin qaçmalarına mane oldu. Livanlı Falanjistler isə öz yoxlamaları altındakı Səbrə Şatillada olan uşaq, qadın və yaşlılardan ibarət düşərgənin əvvəl İsrail əsgərləri tərəfindən mühasirə altına alınmasına, daha sonra isə İsrail tərəfdarı həddindən artıq sağçı Xristian Falanjist milislər tərəfindən düşərgə sakinlərinin qətl edilməsinə göz yumdu. Şaron bir qəssabdır Jurnalist Robert Fisk, basqının ertəsi gün dərhal hadisə yerinə getdi və gördüyü mənzərəni, The Independent qəzetində yazdığı bir məqalədə belə yayınladı. 18 Sentyabr 1982-ci ildə Səbrə və Şatilla düşərgəsində olanlar üçün Şaron, ardında şişmiş cəsədlər, təcavüz edilmiş, işgəncəyə məruz qalmış və sonra da qətlə yetirilmiş qadınlar və körpələr buraxan bir qəssabdır. Hadisədən 18 il sonra bu gün bu küçələrdə gəzərkən qırğın mənzərələri hələ gözümün önündən getmiş deyil. Bir az kənarda Səbrə Məscidinə gedən yolda 90 yaşında, ağ saqqallı və pijamalarıyla Nuri Bəyi görürəm. Ölü bədəninin yanı başında yun başlığı və çəliyi dayanır. İrəlidəki dar küçədə yemək qazanlarının yanında yatan iki qadın cəsədi var. Cəsədin bir neçə metr kənarında çürüdüyü üçün bədənləri göyərmiş, bir zibil kimi oraya atılmış körpələr var. Rəsmi olaraq qırğından məsul oldu Bu Qırğının dünyada böyük bir reaksiya yaratması nəticəsində İsrail, qırğını araşdırmaq üzrə bir komissiya qurmaq məcburiyyətində qalmış, komissiya Fevral 1983də yayınladığı hesabatda, Falanjist milislərin lideri Eli Hubeykayı birbaşa, Ariel Şaronun isə fərdi olaraq məsul tutmuşdur. Qırğından məsul olan Ariel Şaron artıq “Beyrut qəssabı” olaraq xatırlanmağa başlanmış və müdafiə nazirliyindən istefa etmək məcburiyyətində qalmışdı. Ancaq Şaronun İsraildəki siyasi məşhurluğu bu acı hadisələrlə bitmədi. Şaron bu hadisədən sonra da hökumətin bir parçası olmağa davam etmiş, 2001-ci ildə isə İsrail baş nazirliyi vəzifəsinə gəlmişdir. Qırğından otobiyografiyasında bəhs edən Şaron bəzi əmrləri söylədiyini qəbul etdi və bu əmrləri “səhv” olaraq xarakterizə etdi. Şaronun 2000-ci ildə Qüdsdə Hərəmi Şərifə etdiyi ziyarət isə Sentyabr 2000 sonlarında başlayıb, 2005-ci ildə bitən, İsraillilər və Fələstinlilər arasındakı şiddətin artdığı, ikinci Fələstinli qiyamı olan İkinci qırğının fitilini çəkdi. Şaronun təhrikiylə başlayan hadisələr 2005-ci ilə qədər 5 mindən çox Fələstinlinin həyatını itirməsinə səbəb oldu. Ariel Şaron Mart 2001 tarixindən Aprel 2006 tarixinə qədər İsrailin baş naziri oldu.İsrailin Qəzzada 38 illik hərbi işğalı isə yenə Şaronun baş nazirliyi dövründə 2005-ci ildə sona çatdı. 2006-cı ildə beyin qanaması keçirdiyi günə qədər Baş nazirlik vəzifəsində qaldı.

mənbə:

dinihaberler.com

Read Previous

MÖMİNLƏRİN ANASI HZ. AİŞƏ (RA)

Read Next

10 uşaqdan biri müsəlmandır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.