İtaliyada kəskin qarın ağrısı şikayəti ilə xəstəxanaya çatdırılan salvadorlu rahibə uşaq doğub. İtaliyanın “ANSA” agentliyinin xəbərinə görə, təzəcə ana olan 32 yaşlı rahibə hamilə qalmasından xəbərsiz olduğunu iddia edib.
Məlumata görə, Romanın yaxınlığındakı Rieti qəsəbəsində baş vermiş hadisədə yeni doğulan körpəyə katoliklərin lideri Franksisin adı verilib.
Rietinin yepiskopu Delio Lukarelli isə rahibənin bu şəkildə uşaq doğmasının utancverici hadisə olduğunu deyib. Lukarellonun məruzəçisi Massimo Kaskiani rahibənin ruhani həyatdan uzaqlaşaraq oğlu ilə yeni həyata başlaya biləcəyini, yepiskopluğun hər zaman ona yaxın olacağını qeyd edib.
“Regiana Pacis” kilsəsinin rahibi Fabrisio Borello qocalar evi kimi də fəaliyyət göstərən monastrda baş vermiş bu hadisənin digər rahibələrə pis təsir etdiyini deyib.
Qeyd edək ki, rahibənin şəxsiyyəti və kimdən hamilə qalması barədə məlumat verilməyb.
Mənbə
ANS PRESS